Mənzildə elektrik skuteri partladı, ana və qızı öldü
Rostovda elektrik skuterinin partlaması səbəbindən mənzildə baş verən yanğın nəticəsində ana və qızı ölüb, ailə başçısı isə xəstəxanaya yerləşdirilib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzillərdən biri yanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər binanın içərisində 40 yaşlı qadının cəsədini aşkar ediblər. Daha sonra onlar 16 yaşlı məktəbli qızı huşsuz vəziyyətdə tapıblar. Qız həkimlərə təhvil verilsə də, o, təcili yardım maşınında dünyasını dəyişib.
Həmçinin mənzildə 43 yaşlı kişi olub. O, ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bildirliir ki, zərər çəkmiş ailə bu yaxınlarda Ukraynadan Rostova köçüb. Məktəbli qız çoxdan elektrikli skuter arzusunda olub və valideynləri ona istədiyini hədiyyə etmək qərarına gəliblər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1863 Tarix: 13 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya 1 ayda 50 mindən çox hərbçisini itirib
Rusiya ordusu 2026-cı ilin sentyabrında Ukraynada 50 mindən çox hərbçi itirib. Onlardan 28 mininin öldüyü bildirilir. xəbər verir ki, bu barədə "Bloomberg" NATO-nun yüksək vəzifəli hərbi nümayəndəsinə istinadən məlumat yayıb. NATO rəsmisi bildirib ki, Rusiya komandanlığı hərbçiləri dron v
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabr