Tailandda turistlər üçün vergi tətbiq olunacaq
Tailand hökuməti iyunun 1-dən ölkəyə gələn səyahətçilərdən alınmağa başlayacaq turist vergisinin tətbiqini təsdiqləyib.
Bunu Baş Nazir Aparatının mətbuat katibinin müavini Trisuli Traisoranakun deyib.
Onun sözlərinə görə, Tailanda hava yolu ilə gələn şəxslər üçün vergi adam başına 300 baht (təxminən 8,6 dollar), dəniz və ya quru yolu ilə gələn səyahətçilər üçün isə 150 baht (təxminən 4,3 dollar) olacaq.
O, aydınlaşdırıb ki, turistlərə verginin tətbiqi bu sahədə milli siyasət haqqında qanuna uyğun olaraq edilib. Toplanan vəsait Tailandda turizmin inkişafına və əcnəbilərin ölkə daxilində səyahətləri zamanı sığortalanmasına yönəldiləcək.
Traisoranakun vurğulayıb ki, Tailand əcnəbi turistlərdən ödəniş tələb edən ilk ölkə deyil, lakin qəza və ölüm sığortası, həmçinin müalicə və xidmət üçün ödənişlərin bir hissəsini qaytaran ilk ölkə olacaq.
Onun fikrincə, bu tədbir səyahətçilər arasında Tailandda təhlükəsiz turizm imicinin formalaşmasına kömək edəcək./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 977 Tarix: 16 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabrFransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı
Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu
11 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabr