Yunanıstanın Baş naziri zəlzələdən sonra Türkiyə-Yunanıstan əlaqələrindən nikbin danışıb
Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis Türkiyədə baş verən zəlzələlərdən sonra ikitərəfli əlaqələrdə müsbət atmosferin Türkiyə-Yunanıstan əlaqələrinin yaxşılaşmasına səbəb ola biləcəyinə inandığını bildirib.
Sonxeber.az xəbər verir ki, Kozanidə jurnalistlərin suallarını cavablandıran Miçotakis Yunanıstandan olan axtarış-xilasetmə qruplarının Türkiyədə insanları xilas etməsindən məmnunluğunu və qürurunu dilə gətirib.
Xarici işlər naziri Mövlud Çavuşoğlunun ikitərəfli əlaqələrdə irəliləyiş ola biləcəyi ilə bağlı açıqlamalarını qeyd etdiyini qeyd edən Mitsotakis, "Bizim fikir ayrılıqlarımız var. Bunlar beynəlxalq hüququn meyarları çərçivəsində və mehriban qonşuluq münasibətlərinə hörmətlə yanaşaraq həll edilə bilər. Mən bu faciənin nümayiş etdirdiyi kimi, xalqlarımız arasında yaranan emosional bağa inanıram. Həqiqətən də inanıram. İnanıram ki, bu dramdan Türkiyə-Yunanıstan münasibətləri üçün bəlkə daha yaxşı bir şey çıxa bilər",- deyə nazir bildirib.
Miçotakis Yunanıstanın zəlzələdən zərər çəkmiş bölgələrin yenidən qurulması səylərində qonşu ölkə olaraq üzərinə düşən vəzifəni yerinə yetirəcəyini deyib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1742 Tarix: 16 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Parisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrBelçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub
Belçikada dövlət sektoru işçilərinin büdcə xərclərinin planlaşdırılan ixtisarına qarşı ümummilli tətili ictimai nəqliyyatın, dəmiryolu əlaqəsinin, məktəblərin və dövlət teleradio yayımının işində fasilələrə səbəb olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Tətil federal büdcəni
12 oktyabrABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır
ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır
12 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabr