Türkiyədə ölən xilasedici it üçün anım mərasimi keçirildi - FOTOLAR
Türkiyədə zəlzələdən sonra Meksikadan gələn qrupla birgə axtarış-xilasetmə işləri zamanı ölən Proteo adlı itin nəşi ölkəsinə aparılıb.
"Qafqazinfo" "Haber Global"a istinadən xəbər verir ki, Türkiyədə fəaliyyətini başa vuran meksikalı xilasedicilər ölkələrinə geri dönərkən Proteonun nəşini də özləri ilə aparıblar.
Felipe Angeles Beynəlxalq Hava Limanında Proteo ilə bağlı xüsusi anım mərasimi təşkil edilib. Proteonun nəşinin olduğu tabut Meksika bayrağına sarılaraq aparılıb.
Qeyd edək ki, axtarış-xilasetmə işlərində iştirak edən Proteo adlı it fevralın 12-si ölüb. İtin ölümünə səbəb isə yaşının çox olması, Türkiyəyə qədər uzun yol qət etməsi və soyuq hava olub. Proteo Türkiyə və Meksika ilə yanaşı, Haiti, Ekvador və Quatemalada təbii fəlakətlər zamanı axtarış-xilasetmə işlərində iştirak edib.
Meksikadan gələn axtarış-xilasetmə qrupu Adıyamanda 7 gün ərzində 4 nəfəri sağ olaraq xilas edib, daha 29 nəfərin cəsədini isə dağıntılar altından çıxarıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1283 Tarix: 17 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Parisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrBelçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub
Belçikada dövlət sektoru işçilərinin büdcə xərclərinin planlaşdırılan ixtisarına qarşı ümummilli tətili ictimai nəqliyyatın, dəmiryolu əlaqəsinin, məktəblərin və dövlət teleradio yayımının işində fasilələrə səbəb olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Tətil federal büdcəni
12 oktyabrABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır
ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır
12 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabr