Azərbaycanlı iş adamının oğlunun toyuna gələn Çelentanonun ilk və son eşqi BU QADINDIR - FOTO
Xəbər verdiyimiz kimi, italiyalı aktyor və estrada müğənnisi Adriano Çelentano azərbaycanlı iş adamı, "Emiland" modalar evinin rəhbəri Hikmət Hüseynovun oğlunun toy məclisində iştirak edib. Sözügedən modalar evinin icraçı direktoru Ramil Hüseynov sevib seçdiyi Lamiyyə adlı xanımla ailə qurub.
Bəs 85 yaşlı Çelentanonun artıq 59 ildir ki, gözəl aktrisa Klaudiya Mori ilə evli olduğunu bilirdinizmi?
BİG.AZ oxuculara məşhur italiyalı cütlüyün maraqlı sevgi tarixçəsini danışmaq istəyir.
Belə ki, onlar 1963-cü ildə "Qəribə adam" filminin çəkilişləri zamanı tanış olublar.
Klaudiyanın gözəlliyinə heyran olan Adriano ona diqqət və qayğı göstərsə də, Morinin aktyora marağı olmayıb.
Lakin bir gün çəkiliş zamanı aktrisa təsadüfən qısa qapanmanın yaranmasına səbəb olub və partlayan lampaların birinin qəlpəsi Çelentanonun üzünü kəsib. Mori qorxu içində onun yanına üzr istəməyə gəlib. Adriano isə fürsətdən istifadə edərək onu görüşə dəvət edib və razılıq alıb.
Çəkilişlərdən sonra cütlük ayrılıb, lakin Çelentano aşiq olduğu qadını unuda bilməyib və onu çıxışına dəvət edərək, elə səhnədən sevgi etirafı edib. Bundan sonra aralarındakı hisslər yenidən alovlanıb.
Sevgililər 14 iyul 1964-cü il tarixində gecəylə gizlincə evləniblər.
Lakin maraqlıdır ki, toy ərəfəsində Mori Çelentanonun qalstukunu bəyənmədiyi üçün çütlük ayrılmaq ərəfəsində olub. Əsl italyansayağı rəftar!
Toydan sonra isə Klaudiya ailəsinə daha çox vaxt ayırmaq üçün aktrisa və müğənnilik karyerasını bitirmək qərarına gəlib.
Məhz Klaudiya Çelentano üçün qadınların ağlını başlarından alan, kobud, dəlisov kişi obrazı yaradıb. Bu obraz Adrianoya dünya şöhrəti gətirib. Bir çox qadınlar Çelentanoya pərəstişkarlıq edib.
20 il xoşbəxt ailə həyatından sonra Adriano "İnadkarın ram edilməsi" filmində çəkilərkən Ornella Mutinin cazibədarlığı qarşısında zəifliyini büruzə verib və onunla eşq yaşayıb, lakin tez bir zamanda özünə gəlib və peşman olaraq ailəsinə qayıdıb.
Çelentano və Mori hazırda Milan yaxınlığındakı evlərində yaşayırlar. Onlar kənar gözlərdən, söz-söhbətdən uzaq, xoşbəxt həyat tərzi sürürlər. Cütlüyün iki qızı Rozita (58 yaş) və Rozalinda (54 yaş) və bir oğlu Cakomo (57 yaş) artıq ailəlidirlər və onların da öz övladları var.
Hazırda Adrianonun 85, Klaudiyanın isə 79 yaşı var və cütlük artıq 59 ildir ki, birlikdə xoşbəxtdir. Bu illər ərzində yaşananlar onların sevgi və bağlılığını daha da gücləndirib.
Klaudiya dəfələrlə bildirib ki, Adriano onun qarşılaşdığı ən maraqlı şəxsiyyətdir. Çelentano isə etiraf edir ki, onun qəlbi həmişə yalnız Klaudiya Moriyə aid olub.
Bax beləcə, səhnə dueti illərlə bitmək bilməyən bir eşqə çevrilib.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Ailələrə uşaq sayına görə pul veriləcək?
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu