Bakıda tıxaclara son qoyacaq MÖHTƏŞƏM HƏLL - Əhmədli, Biləcəri və Badamdarda... - FOTO
Bakıda tıxac probleminin həlli istaqmətində tramvay və trolleybus yollarının çəkilməsi çıxış yolu kimi təklif olunur. Bu barədə zaman-zaman mətbuatda məlumatlar getsə də yekun qərar hələ ki açıqlanmayıb.
BAKU.WS-in məlumatına görə, Bakının yeni hazırlanan Baş Planında şəhər ərazisində tramvay xətlərinin olması nəzərdə tutulub.
2040-cı ilədək Abşeron yarımadası üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun 198 km-dən 280 km-ə, stansiyaların sayının isə 26-dan 55-ə çatdırılması nəzərdə tutulur. Hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmiryol təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və "tramvay-elektrik qatarı" sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər.
Gələcəkdə Bakıda tramvay xətlərinin fəaliyyət göstərəcəyini nəzərə alsaq bu yolların hansı əraziləri əhatə edəcəyi maraq doğurur. Bu məqsədlə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərova müraciət etdik və ondan şəhərin hansı istiqamətlərində tramvay yollarının çəkilməsinin məqbul olmasını soruşduq.
Ekspret BAKU.WS-ə açıqlamasında bildirdi ki, tramvay yollarının əsasən dəniz limanı, Bakı avtovağzalı, dəmiryol vağzalı istiqamətlərində çəkilməsi daha məqbul olardı: "Bununla yanaşı şəhər mərkəzinə üstünlük vermək əvəzinə, şəhərətrafı ərazilərə tramvay yollarının çəkilməsi məqsədəuyğun olardı. Şəhərin mərkəzində onsuz da belə bir şərait qalmayıb. Küçələr tamamilə daraldılıb. Burada tramvay yolunun çəkilməsi dekarativ xarakter daşıya bilər. Sadəcə turistlərin şəkil çəkdirməsi və əyləncə xarakterli olacaqsa, buna ümmiyyətlə ehtiyac yoxdur.
Lakin xətlərin səmərəli, rentabelli olması və ictimai nəqliyyat olaraq bu yükü çəkə bilməsi üçün Əhmədli, Biləcəri, Badamdar istiqamətlərində tramvay yolların çəkilməsi gərəkdir.
Tramvay yollarının çəkilməsi iqtisadi baxımdan da uğurlu ola bilər. Bunun üçün həmin yolların dekarativ xarakter daşımaması lazımdır. Trolleybus xətlərinə gəldikdə isə onu deyə bilərəm ki, keçmişdə elektriklə çalışan nəqliyyat vasitələri olmadığı üçün trolleybus xətləri çəkilirdi. Fikrimcə, bu gün buna ehtiyac yoxdur. Çünki elektroavtobuslar ölkəmizdə də yavaş-yavaş var. Eyni zamanda sıxılmış qazla işləyən avtobuslar varsa, trolleybusa ehtiyac qalmır. Bu xətlərin çəkilməsi böyük xərc apacaq. Üstəlik trolleybusların tıxaclarda qalmaq riski də var.
Lakin tramvaylar rels üzərində məaneəsiz hərəkət edir. Onun qarşısını almaq mümkün deyil. Buna görə Bakıda tramvayların olması şəhər sakinləri və qonaqlarının bir ünvandan digərinə maneəsiz və rahat getməsi ilə nəticələnə bilər".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4981 Tarix: 01 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021