"Cənab prezident İlham Əliyevin Türkiyə səfəri bir daha dünyaya qardaşlıq məsajı verdi" - DEPUTAT
"Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz və əbədidir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri bu gün tarixinin ən yüksək zirvəsini yaşamaqdadır:
"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Dostluq, qarşılıqlı etimad və yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Fevralın 25-də cənab prezident İlham Əliyevin Türkiyəyə səfəri ilə bir daha dünyaya "Bir millət iki dövlət" kəlamını sübuta yetirərək əsl qardaşlıq nümunəsi nümayiş etdirdi. Heç kəsə sirr deyil ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf edərək müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi cənab prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük liderlik bacarığının və uzaqgörən siyasətinin nəticəsidir. Türkiyə xalqının lideri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" fikirləri üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri hər gün daha da inkişaf edir. Hər iki liderin səsləndirdiyi bu fikirlər bu gün öz təsdiqini tapmaqdadır. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü və uğurlu siyasətin nəticəsində daha yüksək səviyyəyə çatıb".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Türkiyə daim bizim yanımızda olduğu kimi qardaş ölkədə meşə yanğınları və fevralın 6-da baş verən güclü zəlzələdə ilk yardım əlini uzadan ölkə Azərbaycan oldu:
"Bilirsiniz ki, vaxt itirmədən cənab prezidentin tapşırığına əsasən Türkiyənin müxtəlif bölgələrində baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanıldı. Əlavə olaraq da ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanaraq ən qısa zamanda göndərildi. Azərbaycan-Türkiyə yaxşı və pis gündə bir-birini tək qoymayan qardaş ölkələrdir. Cənab prezidentin fevralın 25-də Türkiyə səfər etməsi bir daha dünyaya qardaşlıq məsajı verdi".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Sabahın havası: Yağış, şimşək, duman...