Həkim Hacı Şahinlə bağlı digər faktları AÇIQLADI: O, heç vaxt... - FOTO

Həkim Hacı Şahinlə bağlı digər faktları AÇIQLADI: O, heç vaxt... - FOTOBu gün səhər saatlarında qəflətən vəfat edən tanınmış din xadimi Hacı Şahin Həsənlinin səhhəti ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Sonxeber.az xəbər verir ki, "Baku Medikal Plaza"nın Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov da Teleqraf.com-a bildirib ki, Hacı Şahin Həsənli bir gün əvvəl "Baku Medikal Plaza"nın kardiologiya şöbəsində yox, təcili yardımında olub: "Ona xəstəxanada yatmaq tövsiyə olunub. Amma o, xəstəxanaya qəbul olmaqdan imtina edib, müvafiq sənədə imza atıb gedib".

Onun sözlərinə görə, Hacı Şahini xəstəxanada növbətçi həkim qəbul edib: "Xəstəxanada yatmalı olduğu bildirilib, damarlarının yoxlanmağı tövsiyə olunub. Çünki şikayətləri ürək ağrılarından imiş. Ağrısı keçdiyi üçün yəqin ki, sabah-birigün gələrəm deyib, yatmaq istəməyib və evə gedib. Klinika da ondan iltizamnamə alıb ki, evə getməyiniz risklidir, problem ola bilər. Amma o, hər şeyə rəğmən kağızları imzalayıb gedib".

Üzeyir Rəhimovun sözlərinə görə, Hacı Şahin Həsənli xəstəxanaya müraciət edəndə ağrıları keçibmiş: "Tipik ürək ağrısı olduğu üçün israrla xəstəxanada yatmaq tövsiyə olunub. Şikayətinə görə, onda ürəyin işemik xəstəliyi olduğu onsuz da bilinir. Troponin deyilən analiz yoxlanılıb, onun miqdarı yüksək çıxıb. Amma o, bütün tövsiyələrdən imtina edib.

Azərbaycanda belə hallar çox olur. Troponi yüksək olub, nə qədər etsək də xəstəxanada yatmaqdan imtina edən o qədər insanlar var ki..."

O, Hacı Şahin Həsənlini şəxsən tanımadığını deyib:

"Onu heç vaxt müayinə etməmişəm. Bildiyim qədəri ilə heç ürək həkimində də olmayıb.

Onun ürəyinə stent qoyulduğu deyilir. Amma bu, əsassızdır. Anju olunmayan xəstəyə stent qoyula bilməz. O, ümumiyyətlə, anju da olunmayıb. Heç vaxt ürəyindən şikayətlənməyib, bu, ilk əlamətlər olub".

Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də Hacı Şahinin ölüm səbəbi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmadan həkiməqədər ölüm qeydə alınıb. Rəsmi məlumatda da əlavə edilib ki, Ş.Həsənli martın 1-də də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.
Həkim Hacı Şahinlə bağlı digər faktları AÇIQLADI: O, heç vaxt... - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2926   Tarix: 03 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İran-İsrail münaqişəsinə görə Bakıdan bir neçə istiqamətə uçuşlar DAYANDIRILDI

Yaxın Şərqdə baş verən son hadisələr ilə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yolları tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb. xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbua

28 fevral
.

Qərbi Azərbaycan Xronikası: Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb. Buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Xıdır Nəbi mərasiminin, Novruzun gəlişini xəbər verə

1 mart
.

Əmlak sahibləri üçün vacib dəyişiklik - 15 günə...

Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapan torpaq kateqoriyasından fərqlənir. Belə uyğunsuzluqların aradan qaldırılması məqsədilə qanunvericilikd

28 fevral
.

İrandan Azərbaycana 192 nəfər təxliyə olunub - YENİLƏNİB

28.02.2026-cı il saat 08:00-dan 01.02.2026-cı il saat 22:00-dək İrandan Azərbaycana 192 nəfər təxliyə olunub. "Report" xəbər verir ki, onlardan 82-si Azərbaycan, 110-u isə 19 ölkənin vətəndaşlarıdır. Belə ki, 28 nəfər Pakistan, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Çin, 17 nəfər Tacikista

1 mart
.

Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsind

1 mart
.

Alyona Əliyeva moda sərgisindən PAYLAŞIM EDİB - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva moda sərgisində iştirak ediblər. xəbər verir ki, Alyona Əliyeva bu barədə "Instagram" hesabında paylaşım edib:

1 mart
.

Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığıda deyilir:. "Hörmətli cənab Prezident,. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəv

1 mart
.

Prezidentin gəlininin alpaka fermasından maraqlı - Fotoları

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva instaqram hesabında Şamaxıda yerləşən alpaka fermasından fotolar paylaşıb. "Qafqazinfo" həmin fotoları təqdim edir:

28 fevral
.

Xaricdə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ

"Diasporla İş üzrə Dövlət Komitəsi bölgədə yaranmış mövcud vəziyyətlə əlaqədar ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri ilə sıx və koordinasiyalı əməkdaşlıq çərçivəsində hərəkət edərək lazım olan addımları atır və bu istiqamətdə fəaliyyətini gücləndirib". xəbər verir ki, bu barədə Komit

1 mart