Bakı son sözünü dedi: Ermənilərdən "Araik təhvil verilir" iddiası

Bakı son sözünü dedi: Ermənilərdən "Araik təhvil verilir" iddiasıPolitoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Kişinyovda gözlənilən beştərəfli görüş baş tutdu, amma nəticə əldə edilmədi. Bunun müqabilində payızda İspaniyada bu formatda növbəti görüş təyin olundu. Bu formatdan gözləntiniz necədir?

- Bu görüşlə bağlı əsas ehtimallar o yöndə idi ki, hansısa sənəd imzalanmayacaq. Bu, qeyri-rəsmi görüş idi. Hazırda danışıqlarla bağlı üç format var: Moskva, Brüssel və Vaşinqton. Kişinyov və bundan əvvəl Praqadakı görüşlər sadəcə Fransa prezidentinin bir yolla prosesdə iştirak etmək cəhdləri idi. Kişinyovda isə bu format bir az da genişləndi, Makronla yanaşı, Almaniya Kansleri Olaf Şolz da görüşdə iştirak etdi.

Dediyim kimi, bu, qeyri-rəsmi görüş idi və Azərbaycan bunu etirazla qarşılamadı. Eyni zamanda, bu görüş Praqadakı təmaslardan fərqli olaraq uzun çəkmədi, təxminən bir saat yarım davam etdi. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Şurasının rəhbəri Şarl Mişellə üçlükdə bir araya gəldilər, sonradan Şolz və Makron da görüşə qatıldı.

Kişinyov görüşü indiyə qədər olan müzakirələrin davamı kimi qəbul olundu. Çünki burada da həmin məsələlər müzakirə edildi, bunu da Şarl Mişel açıqladı.

Beştərəfli formatın İspaniyada bir araya gələcəyi ilə bağlı açıqlamaya gəlincə, bir müddət əvvəl Şarl Mişel Tvitterdə bu haqda yazmışdı. Yəni liderlərin Brüsseldəki son görüşündən sonra bildirmişdi ki, Kişinyovda belə bir görüş gözlənilir və bu qeyri-rəsmi formatın bir görüşünün də oktyabrda İspaniyanın Qaranada şəhərində keçirilməsi nəzərdə tutulur.

Mən hesab etmirəm ki, bu, yeni formatdır və bu çərçivədə hansısa qərarlar veriləcək. Ortada bir Brüssel formatı var. Artıq iyulda Brüsseldə növbəti görüşün keçiriləcəyinin anonsu verilib. Ciddi müzakirələr və bu kontekstdə mümkün qərarlar məhz Brüssel formatında nəzərdə tutulur. Ona qədər də xarici işlər nazirlərinin Vaşinqtonda görüşü planlaşdırılır. Bu görüşdə də sülh müqaviləsi üzərində iş davam etdiriləcək.

Kişinyovda da bundan əvvəl Vaşinqton və Brüsseldə müzakirə edilmiş məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti də bundan yararlanaraq mövqeyimizi bir daha Fransa liderinin və prosesdə ilk dəfə iştirak edən Almaniya kanslerinin diqqətinə çatdırdı. Bir sözlə, beşli formatın davamlı olacağı ilə bağlı ehtimalım çox aşağıdır. Rəsmən belə bir format olmayacaq.

- Dediyiniz kimi, xarici işlər nazirləri yaxın günlərdə yenidən Vaşinqtonda görüşəcəklər. Fransanın müdaxilə etməyə çalışdığı Brüssel prosesinə ümidlərin azaldığı vaxtda Vaşinqtondan gözlənti artır. ABŞ sanki tezliklə sülh sazişinin imzalanmasında digər vasitəçilərdən daha istəkliymiş kimi görünür. Siz necə düşünürsünüz?

- Yekun anlaşmaya daha çox cəhd edən formatların başında Vaşinqton gəlir. ABŞ artıq xarici işlər nazirlərinin dördgünlük müzakirələrinə ev sahibliyi də edib, bu da prosesi müəyyən qədər irəli aparıb.

Bundan dərhal sonra Brüssel görüşü keçirildi. Hesab etmirəm ki, Vaşinqton və Brüssel bir-birinin əksinə olan formatlardır. Artıq görünən bir mənzərə var. Sanki prosesi Brüssel və Vaşinqton sinxron şəkildə irəli aparmağa çalışırlar. Beşli formata gəlincə, bu, elə bil, iddiaları olan Fransanı sakitləşdirmək üçündür. Yəni bu mənada Fransaya güzəşt edilir.

Almaniya kanslerinin oradakı iştirakı Fransanın ermənipərəst mövqeyi qarşısında müəyyən bir balans yarada bilər. Əlbəttə, Vaşinqtonda görüşlərin keçirilməsi və ABŞ-ın sülhün əldə edilməsində maraqlı olması diqqətçəkən faktordur. Dediyim kimi, Brüssel və Vaşinqton formatlarının əlaqəli olduğunu düşünürəm.

Görünən budur ki, məsələlər Vaşinqtonda daha detallı şəkildə müzakirə olunur və ümumi qərara gəlinir, beləliklə, razılaşdırılmış məsələlər liderlərə təqdim edilir. Vaşinqtondakı son müzakirələrdə də belə oldu. Yenə də gördüyümüz budur ki, nazirlərin qarşıdakı Vaşinqton görüşündən sonra liderlər Brüsseldə bir araya gələcəklər. Buna görə də, hələlik birini digərindən ayırmayaq.

- Prezident İlham Əliyevin separatçıların Azərbaycana təslim olmaq tələbi günlərdir Ermənistanda müzakirə olunur. Erməni mediasının iddiasına görə, Araik Arutyunyanın rəhbərlik etdiyi separatçı rejim tezliklə buraxıla, özü isə Bakıya təhvil verilə bilər. Bu yöndə hansı gəlişmə ola bilər?

- Düşünürəm ki, bu prosesin sonu Azərbaycan prezidentinin dediyi kimi olacaq və bölgədəki separatçı rejimə son qoyulacaq.

Əgər verilmiş şansdan istifadə etməsələr, onlara aministiyada şamil olunmayacaq. Erməni icmasının nümayəndələri ilə görüş keçirildi, bunun davamının Bakıda olması təklif edildi. Yəni onlara bir şans tanındı ki, reinteqrasiya prosesinə töhfə versinlər. Amma onlar fərqli yol tutdular, Bakının dəvət və təkliflərindən imtina etdilər.

İndi də bu istiqamətdə fəaliyyətlərini aparırlar. Əlbəttə, onlar bu qərarları təkbaşına vermirlər. Hesab edirəm ki, bu qərarlarda Rusiya amilinin ciddi təsirləri var. Rusiya sülhməramlılarının onları həm himayə, həm də müəyyən hərəkətlərə sövq etdiklərini düşünürəm. Amma proses bölgədə Azərbaycanın suverenliyinin tam bərqərar olmasına aparır. Azərbaycan prezidenti də bu bəyanatı təsadüfən verməyib. Çünki proses bu istiqamətdə gedir.

Sadəcə separatçılara növbəti şans tanınır ki, Azərbaycan qanunlarını qəbul etsinlər. Qarşılarında üç variant var.

Birincisi, Azərbaycan qanunlarını qəbul edərək qondarma qurumlarını ləğv etməlidirlər və bölgədəki qanunsuz silahlı birləşmələr tərksilah olunmalı və ərazilərimizdən çıxarılmalıdır.

İkincisi, Azərbaycan ordusu ilə toqquşma yolunu seçəcəklərsə, bunun da nəticələri bəllidir.

Üçüncü variant isə hazırkı durumu davam etdirməklə bağlıdır. Bu da onlara yaxşı heç nə vəd etmir.

İnnən belə də gərginlik, təxribat ən sərt şəkildə cavabını alacaq. Azərbaycan öz ərazilərindən güzəştə getməyəcək və bu yöndəki təxribatlara göz yummayacaq, cinayət törədənlər də öz cəzalarını alacaqlar. Bunun uzun çəkəcəyini düşünmürəm.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1344   Tarix: 03 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

Meksika Kubaya yanacaq təchizatını tamamilə dayandırıb

Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb. Bu barədə "El Universal" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasında

6 oktyabr
.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə

7 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

Tramp: Dövlət hesabına yayımlanan reklamları siyasi fond ödəyəcək

ABŞ Prezidenti Donald Tramp vergi ödəyicilərinin vəsaiti hesabına yayımlanan və onun siyasətini təbliğ edən televiziya reklamları ilə bağlı qərarını dəyişib. xəbər verir ki, Trampın sosial media hesabında yazdığına görə, bundan sonra bu cür reklamların xərclərini onun siyasi Siyasi Fəaliyyət Komitəs

6 oktyabr
.

BBC: "Süni intellektin nəzarətdən çıxması ilə bağlı yeni ssenarilər araşdırılır"

BBC-nin son materiallarında süni intellekt sistemlərinin gözlənilməz davranışları və AI agentlərinin insan nəzarətindən kənara çıxması ilə bağlı risklər araşdırılır. BBC-nin "Unexpected Elements" proqramında da AI agentinin nəzarətdən çıxması ssenarisi ayrıca müzakirə olunub. BBC-yə istinadə

7 oktyabr
.

Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...

Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların

7 oktyabr
.

Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so

8 oktyabr