Paşinyanın Koçaryana qarşı "səlib yürüşü"

Paşinyanın Koçaryana qarşı "səlib yürüşü"Ermənistanın baş naziri Nikol Paşinyanla keçmiş prezident Robert Koçəryan arasındakı ziddiyyətlər yeni mərhələyə qədəm qoyub. 2018-ci ildən tərəflər arasında gedən qarşıdurma, deyəsən, Paşinyanın qələbəsi ilə başa çatacaq. Baş nazir siyasi opponentini və rəqibini bu dəfə uzunmüddətli həbsə göndərmək niyyətindədir. Ermənistanın ikinci prezidenti və onun ailə üzvləri qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı işin materialları ilə tanış olmaq və mövqelərini bildirmək üçün avqustun 1-də Baş Prokurorluğa dəvət olunsalar da, qarşı tərəfdə sakitlikdir.

Bu yaxınlarda Ermənistanın hüquq-mühafizə orqanları Koçaryanlara məxsus əmlakı və maliyyəni araşdırdıqlarını və bir sıra qanun pozuntuları aşkar etdiklərini bildirdilər. Koçaryanlara məxsus bir sıra əmlak müsadirə ediləcək. Bununla da Paşinyan Koçaryanın maliyyə dayaqlarını də sarsıtmaq niyyətindədir.

Paşinyan 2018-ci ildə "məxməri inqilab"la hakimiyyətə yiyələndikdən sonra "Qarabağ klanı"na qarşı mübarizəyə başlayır. "Qarabağ klanı"nın hakimiyyətdə qalan son üzvü Serj Sarqsyanı devirdikdən sonra Paşinyanın növbəti hədəfi Robert Koçaryan idi. Əslən Qarabağdan olan Robert Koçaryanın kilsə, Rusiya və ermənilər arasında böyük nüfuzu vardı. İlk olaraq 2018-ci ilin iyul ayında Robertə qarşı rüşvət və konstitusiya quruluşunun pozulması maddələri ilə cinayət işi açılır və Koçaryan həbsə atılır.

Köçəryan iki prezidentlik müddəti - 1998-2008-ci illərdə Ermənistana rəhbərlik edib. Müstəntiqlərin fikrincə, o, ittiham olunduğu cinayətləri məhz bu dövrdə törədib: xüsusilə külli miqdarda rüşvət alıb və respublikanın konstitusiya quruluşuna qəsd edib, müxalifətin 2008-ci il martın 1-də keçirilən mitinqinin dağıdılması barədə göstəriş verib. Amma bir ay sonra Koçaryan azadlığa buraxılır. Bunun iki səbəbi var idi. Birincisi, hakimiyyətə yenicə yiyələnmiş Paşinyan məhkəmə sistemini tam ələ ala bilməmişdi. İkincisi, kilsənin gizli dəstəyi ilə Apellyasiya Məhkəməsi Koçaryanı himayə edirdi. Eyni zamanda, prezidentlərin toxunulmazlığı maddəsi də əsas gətirilərək Koçaryan azadlığına qovuşur. Vəkillər Konstitusiya Məhkəməsinə müraciət edərək onun girov qarşılığında sərbəst qalmasına nail olurlar.

Həqiqətən də, erməni kilsəsi Koçaryana dəstək durur, onu təqiblərdən, həbsdən qorumağa çalışırdı. Sirr deyil ki, elə 2018-19-cu illərdə kilsə Koçaryanı ölkədən çıxarmağa çalışırdı və bununla da Nikolun qəzəbinə tuş gəlmişdi. Paşinyanın sifarişi ilə kilsəyə qarşı da hücumlar, cinayət işləri, kilsə səlahiyyətinin azaldılması kampaniyasına start verildi.

Koçaryanın 2008-ci il martın 1-də İrəvanda bir neçə insanın həlak olduğu iğtişaşların yatırılması ilə bağlı açılan cinayət işi üzrə həbsi bir sıra mətləblərdən xəbər verir. O zaman etirazların liderlərindən biri hazırkı baş nazir olub. İndiki Ermənistan hakimiyyəti üçün Koçaryanın həmin iğtişaşları yatırtmaqda ittiham olunması, demək olar ki, şəxsi məsələdir. Çünki 1 mart hadisələrindən sonra Paşinyan həbs edilib və bir neçə il dəmir barmaqlıqlar arxasında qalıb. Sonradan Paşinyanı bağışlayıblar və deputat mandatı veriblər.

Paşinyan da dərk edir ki, qısa müddət ərzində Koçaryanı həbsə göndərmək arzuolunmaz nəticələrə gətirib çıxarar. Çünki qısa müddət ərzində hakimiyyətin bütün eşelonlarına nüfuz etmək çətin məsələdir. 10 il hakimiyyətdə olan Koçaryanın isə kifayət qədər dayaqları var və bundan istifadə edərək Ermənistanda müəyyən iğtişaşlara start verə bilər. Bu səbəbdən Paşinyan Koçaryanın qısa müddətə həbsdən azad edilməsinə göz yumdu.

Amma eks-prezident də təqib olunduğu üçün siyasi bəyanatlar verir, hakimiyyətin kursunu tənqid edir, yenidən hakimiyyət sevdasında olduğunu gizlətmirdi. 2020-ci ildə, 44 günlük müharibədə Ermənistanın acınacaqlı məğlubiyyəti Robert üçün Nikolu tənqid etməyə əla fürsət oldu. Paşinyan isə Koçaryanın yenidən siyasi arenaya qayıtmasının onun üçün ciddi problem olacağını dərk edirdi. "Məxməri inqilab"a qədər Robert siyasi proseslərdən uzaq durmuşdu və şəxsi biznesi ilə məşğul idi. Çünki hakimiyyətdə "Qarabağ klanı"nın başqa nümayəndəsi Serj Sarqsyan vardı. Paşinyanın hakimiyyətə gəlməsi və Roberti həbsə göndərmək istəyi ikincini yenidən siyasi səhnəyə qayıtmağa vadar etdi. Bu arzu və istək 2021-ci ildə Ermənistanda keçirilən növbədənkənar parlament seçkisində daha da qabardı. Seçkidə iddialı olan Robert Koçaryan Rusiyaya, kilsəyə və erməni diasporuna arxalansa da, Paşinyan seçicilərin 53,92% səsini toplayaraq yenidən kabineti formalaşdırmağa başladı. Koçaryan isə cəmi 21 faiz etimad toplaya bilmişdi.

Koçaryan seçki kampaniyası dövründə müxtəlif vədlər verib, hazırkı vəziyyətdə revanşın ağılsızlıq olduğunu bəyan etsə də, Ermənistanda gözəl başa düşürdülər ki, Koçaryan Bakı üçün arzuedilməz, eyni zamanda müharibə cinayəti törətmiş, həbsi vacib olan şəxslərdən biridir. Bu səbəbdən Koçaryanın seçilməsi Bakının qəzəbinə səbəb ola və yeni müharibə Ermənistanın qapısını döyə bilərdi. Ötən müharibə isə erməni ordusunun acizliyini sübut etdiyi üçün sadə ermənilər Koçaryana yox, Paşinyana səs verməyi üstün tutdular. Koçaryanla münasibətləri yaxşı olan Kreml də seçkinin nəticələrindən məmnun qaldı. Çünki Koçaryanın yenidən hakimiyyətə qayıtması münasibətlərdə turbulentlik effekti yarada bilərdi.

2021-ci il seçkilərində məğlub olan Koçaryan siyasi karyerasını deputat kimi başa vurmaq niyyətində deyil. Son dövrlər Ermənistanı bürüyən etirazlar və qeyri-adekvat siyasi açıqlamalar fonunda Koçaryan yenidən aktivləşmək qərarına gəlib. Eks-prezident Paşinyanın siyasi kursunu yenidən kəskin şəkildə tənqid edir, Ermənistan-Azərbaycan danışıqlarının səhv istiqamətdə getdiyini bildirir. Koçaryan iki il əvvəlki səhvindən nəticə çıxarmadan yenidən revanş müharibə barədə sərsəm açıqlamalar verir, qalib gələcəyinə xalqı inandırmağa çalışır. 2020-ci il müharibəsindəki problemləri hələ də həll edə bilməyən və istintaq şousu ilə xalqın başını qatmağa çalışan Paşinyan sonuncu dəfə keçmiş müdafiə naziri David Tonoyanı da zərərsizləşdirərək "sındıra" bildi. İndi yenidən meydana çıxmağa cəhd edən "Qarabağ klanı"nın üzvü Koçaryan Paşinyan üçün təhlükəli rəqib sayılır. Elə bu səbəbdən də artıq düyməyə basılıb və təkcə Koçaryan yox, ailəsinə də məxsus əmlakın həbsinə qərar verilib: "əsasən, İrəvanın Kentron rayonunda yerləşən binalarda 20 daşınmaz əmlak, iki nəqliyyat vasitəsi, 18 erməni və xarici hüquqi şəxsdə iştirak, 1,5 milyon dollardan artıq depozitlər və qiymətli kağızlar, fiziki və hüquqi şəxslərə verilən təqribən 10 milyard dram (26 milyon dollara yaxın) məbləğində kreditlər; 22 milyard dram (demək olar ki, 57 milyon ABŞ dolları) qeyri-qanuni mənşəli vəsait, vicdanlı üçüncü şəxslərə ötürülən vəsaitlər və xərclənmiş digər naməlum vəsaitlər".

Bu əmlak həbsi isə Koçaryanın maliyyə baxımından məhvi deməkdir. Paşinyan bir oxla iki quş vurmaq niyyətindədir. Həm Koçaryanın maliyyə dayaqlarını sarsıtmaq, həm də onu uzunmüddətli həbsə göndərmək. Əgər Paşinyan buna da nail olsa, növbəti siyasi rəqibini neytrallaşdıracaq, Qarabağ klanı üzərində qələbəsini bayram edəcək...

"Report" İnformasiya Agentliyi


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1142   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

4 oktyabr
.

BBC-də 2 minə qədər iş yeri ixtisar edilə bilər

BBC-də işçi ixtisarları ilə bağlı proses davam edir. The Guardian-a istinadən xəbər verir ki, yayım korporasiyasında ümumilikdə 2 minə qədər iş yerinin ləğv edilə biləcəyi açıqlanıb. İşçilər isə 2027-ci ildə əlavə ixtisarların ola biləcəyindən narahatdırlar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

5 oktyabr
.

Dünyanın sonu yaxınlaşır - Məşhur fizikin xəbərdarlığı gerçəkləşməyə başlayır

Bir vaxtlar elmi fantastika hesab edilən görkəmli alimin proqnozları gerçəkləşməyə başlayır. Bəşəriyyəti nə təhdid edir?. Məşhur britaniyalı fizik Stiven Hokinqin süni intellektin potensial riskləri barədə xəbərdarlığı bir daha ictimaiyyətin diqqətini cəlb edib. Sürətli texnoloji irəliləyişlər və sün

4 oktyabr
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

4 oktyabr
.

Eritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi

Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə

4 oktyabr
.

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. "Haber Global"a istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb. Bununla da qəza nəticəsində ölənlərin say

5 oktyabr
.

Avropa İttifaqı Ukraynanın 2027-ci ildə təşkilata üzvlüyünü istisna edib

"Ukraynanın 2027-ci ildə Avropa İttifaqına qəbul edilməsi gözlənilmir. Həmçinin rəsmi Kiyevə siyasi birliyə inteqrasiya prosesində heç bir xüsusi imtiyaz və ya güzəştlər verilməyəcək". xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos "Corriere"

4 oktyabr
.

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir

4 oktyabr
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

4 oktyabr