"Əgər təxribatlar davam edərsə Qarabağda yenidən anti-terror əməliyyatları başlaya bilər" - DEPUTAT
Xəbər verdiyimiz kimi avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.Təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Maəmmədov bildirib ki, Ermənistan təxribatları ilə regionda vəziyyəti gərginləşdirməyə çalışır:
"Təəssüf ki, Ermənistan bu günə qədər 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliyi icra etmir. Üçtərəfli bəyanatın imzalanmasından üç ilə yaxın vaxt keçməsində baxmayaraq hələ qanunsuz silahlı erməni birləşmələri Qarabağdadır və təxribatlarına davam edirlər. Bütün təxribatlar bir daha sübut edir ki, Ermənistan rəhbərliyi düşmənçilik niyyətindən və təxribatçı addımlarından əl çəkmək istəmir. Azərbaycan-Ermənistan dövlət sərhədində erməni terrorçuları növbəti dəfə təxribat törədib. Belə ki, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Ordumuzun peşəkarlığı nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib. Ermənistan təxribatları ilə dünyaya hələ də münaqişənin davam etdiyini göstərməyə çalışır. Ordumuz erməni siyasətinə çox yaxşı bələd olduğu üçün hər zaman ayıq-sayıqdır. Ermənistan və onun havadarları bilməlidir ki, artıq Azərbaycan dövlətinin səbri tükənməkdədir".
Deputat vurğulayıb ki, təxribatlar davam edərsə Ermənistana istər güc, istərsə də siyasi diplomatik baxımdan layiqli cavab veriləcək:
"Qaldı ki, Qarabağda anti-terror əməliyyatının yenidən başlanmasına. Əgər təxribatlar davam edərsə Azərbaycan Qarabağda yenidən anti-terror əməliyyatlar başlaya bilər. Yaxşı olar ki, Nikol Paşinyan ölkəsini məhvə aparan təxribatlarına son qoyaraq, Azərbaycanın diqtəsi ilə hazırlanan sülh müqaviləsini imzalasın".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6845 Tarix: 16 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabrPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
4 oktyabrBakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola
4 oktyabrErmənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
4 oktyabrBəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək
Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq
5 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabr"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"
"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib
5 oktyabrBu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə
5 oktyabr