Balonlarla qızılları kimə qaldı, zəhərləndiyi sübuta yetirildimi? - İlhamənin MÜƏMMASI

Balonlarla qızılları kimə qaldı, zəhərləndiyi sübuta yetirildimi? - İlhamənin MÜƏMMASIBu gün Azərbaycan incəsənətində özünə xas yeri olan Xalq artisti İlhamə Quliyevanın doğum günüdür. O yəqin ki, ən təzadlı xarakteri olan sənət adamlarındandır. Haqqında səslənən fikirlər birmənalı deyil. Hətta ölümündən sonra belə, İlhamə qalmaqallara səbəb ola, maraq oyandıra bilir.

Özünə "Primadonna" təxəllüsünü seçmişdi. Sənətkarlığına güvənərək Dədə Qorqudun missiyasına sahiblənmiş, sənətini sevdiyi müğənnilərə də müxtəlif təxəllüslər bağışlamışdı. Ümumiyyətlə, 2000-ci illərin əvvəli Azərbaycan estradasında bir ad almaq, özünə təxəllüs seçmək bumu yaşanırdı, hamısı da qəribə səslənirdi.

Kimsə "Qızıl şlyager" olurdu, kimsə "Nömrə bir", kimsə "Qızılsəs", kimsə "MM", Kimsə "F.A", kimsə "Toylar kralı", kimsə "Əjdaha", kimsə "Barbi", kimsə "Şahzadə", kimsə "Faytonçu". Saymaqla bitməz. İlhamə bu dəstənin önündə liderlik etmək üçün "Primadonna" oldu.

Onun yaradıcılığını iki səhifəyə bölmək olar. Doxsanıncı illərə qədər və sonra. 90-cı illərə qədər tanıdığımız İlhamə daha çox gözəlliyi, ana-atasının şöhrəti sayəsində ortada olsa da, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Rəşid Behbudov və başqa böyük (baxmayaraq ki, fərqli janrlarda idilər və müqayisə edilməzdilər) sənətkarların kölgəsində qalmışdı. Dövr dəyişincə çox daşlar yerindən oynadı. Həmin illərdə İlhamə Quliyeva "Neylərsən?" mahnısı ilə populyarlıq qazanıb zirvəyə qalxdı və bir daha o zirvədən enmədi. Endirmək üçün çalışanlara savaş açdı, qalmaqallar yaşadı.

İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda prokuror Məzahir Quliyev, xanəndə Tükəzban İsmayılovanın ailəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar olaraq beş yaşına qədər Şəkidə yaşayıblar. Altı yaşı olanda valideynləri ayrılıb. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə həyatı qurur. İlhamə Quliyeva Həbib Bayramovu öz doğma atası kimi təqdim edirdi. Söz düşəndə "Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordenini mənə yazanda, vəsiqəmdə atamın adı Həbib yazılıb. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib" deyirdi. Hər iki atadan ona var-dövlət miras qalmışdı. Gəncliyindən bu sayədə hamıdan fərqlənir, liderlik etməyi sevirdi.

O çox şey bilirdi. Bildiyi çox məlumatlardan da gah qarşı tərəfi şantaj edib susudurmaq, gah özünə boyun əydirmək üçün istifadə edirdi. Bu mənada çoxları onu sevirmiş kimi görünür, üzünə gülür, dostları sırasında olmağa çalışır, ya da sadəcə yaltaqlanırdılar. İlhamənin nüfuz dairəsi böyük idi, istədiyi adamı özü demiş qaldırıb-endirə bilirdi.

Çoxları üçün qəddar, eqoist görünən bu qadının bir də hamıdan gizli, tamamilə fərqli bir üzü var idi. İçi özünü yandırırdı, çölü özgələrini.
Çox gözəl qadın idi. Amma qadın kimi səadəti yox idi. Nə ömürlük yoldaşı var idi, nə doğma övladı. Deyilənə görə, gözəl qadınları möhkəm qısqanırmış, bu xasiyyətindən özünün də zəhləsi gedirmiş. Xalq artisti Nazpəri Dostəliyeva ilə də bu səbəblə yola gedə bilmirdi. Nazpəri xanıma da "Nazlı Pəri" təxəllüsünü taxsa da, o qəbul etməmiş, hətta efirdə, canlı yayımda aralarında çox sərt mübahisə olmuşdu. İlhamə xanım, "Mən söz yemirəm, yedizdiririəm" deməklə özünə qarşı çox sərt reaksiyalar toplamışdı. İş o həddə çatmışdı ki, ölkənin qaziləri yığışıb ona qarşı bəyanat vermişdilər.

"Qarabağ Qaziləri" İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinə, Milli Teleradio Şurasına, telekanalların rəhbərlərinə, KİV-lərə və rəsmi dövlət qurumlarına İlhamə Quliyeva haqqında şikayət vermişdi.

Haqqında çox şayiələr gəzirdi. Buna çox zaman özü səbəb olur, amma keçib gedərkən arxasında yaratdığı fırtınalara, toz buluduna yuxarıdan aşağı bir baxış atıb acı-acı gülümsəyirdi.

Gənclikdən onunla dostluq etmiş müğənni Firuzə İbadovanın dediyinə görə, İlhamə göründüyü qədər sərt deyilmiş, qalxanını əlinə yalnız özünü müdafiə etmək lazım olanda götürürmüş. Ömrünün son 30 ilində İlhamənin qalxanı əlindən heç düşmədi.

İlhamə vətəndaş nikahında yaşadığı, adı hamıya naməlum olan bir kişidən hamilə qalsa da, övladını dünyaya gətirmədən itirir. Əslində sonralar bir şayiə də çıxdı ortaya, Flora adlı bir xanım İlhamənin doğma qızı olduğunu desə də, məlumat təsdiq olunmadı. İlhamə rəfiqəsi Firuzə İbadovanın ailə problemləri üzündən uşağını abort etdirmək istədiyini biləndə xəstəxanaya gəlib, onu bu işdən yayındırıb. Doğulandan sonra uzun müddət Firuzə xanımın qızı Hülyanın yeməyini o alıb verib. Üzdə deməyi sevməsə də, uşaq evlərinə, qocalar evlərinə ərzaq alıb göndərir, qazan-qazan isti yeməklər aparırmış. Münsif kimi qatıldığı musiqi müsabiqəsində cavanlara pul verirmiş ki, efirə abırlı geyimdə çıxsınlar.

Bir oğulluğu var. Orxan adında. Ölümündən sonra mirasını ona bağışlamadı. Onunla da problem yaşayırdı. Uzun illər köməkçisi işləmiş prodüserinin onu zəhərləyərək asta-asta öldürdüyünü də deyirdi. Sağlığında balonlar dolusu qızıllarım, brilliantlarım var deyib öyünürdü. Ölümündən öncə dostlarına deyirmiş ki, mən öləndə bacımın uşaqlarını içəriyə buraxmayın. Ölümündən sonra üzə çıxan qohum-əqrəbalar bu miras üzündən qalmaqal yaratdılar. Hərçənd kim nə pay qopardı hələ də bəlli deyil.

Ona sağlığında "musiqi mafiyasının babası" da deyirdilər. Ölümündən sonra çoxları onun yerinə göz diksə də, heç kim İlhamə ola bilmədi. Sağlığında İlhamənin onları əzməsindən gileylənənlər ölümündən sonra azad olduqları zəncirlər üçün darıxdılar, İlhamənin yeri görünür dedilər. Sultan Süleymana qalmayan dünya İlhaməyə də qalmadı. Ondan qalan yalnız dillər əzbəri olan deyimləri, söhbətləri və bir də qalmaqallarının, çətin xarakterinin belə kölgə sala bilmədiyi mahnıları oldu.//lent.az


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3942   Tarix: 18 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Acun Ilıcalı: "Çarəsiz qaldıq"

Survivor All Star yarışmasında baş verən uğursuz hadisə iştirakçı Barış Murat Yağcının yarışma arzularını yarımçıq qoyub. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, yarış zamanı parkurda yıxılan Barış Murat Yağcının barmağında ciddi sınıq yaranıb. Həkim müayinəsindən sonra onun uzun müddətl

15 may
.

Türkiyəli müğənni qalmaqallı bələdiyyə sədri ilə ailə qurur

Türkiyəli aktrisa, müğənni Sevcan Orhan ailə qurur. Axşam.az xəbər verir ki, ifaçı sevgilisi, Buca Bələdiyyəsinin rəhbəri Görkem Dumanla nikah masasına əyləşməyə hazırlaşır. Cütlüyün toyu sentyabrda olacaq. Qeyd edək ki, bir müddət əvvəl sözügedən bələdiyyənin işçiləri maaşlarının verilmədiyini bildirərə

17 may
.

Haluk Levent reanimasiyaya yerləşdirilib

Anadolu rok musiqisinin sevilən siması və AHBAP Dərnəyinin rəhbəri Haluk Levent Eskişehirdə verdiyi konsert proqramından sonra Ankaraya gedərkən yolda qəfil halı pisləşib. türk mediasına istinadən xəbər verir ki, məşhur sənətçi təcili olaraq xəstəxanaya çatdırılıb. Məlumata görə, Gazi Üniversitesi Tı

20 may
.

Afət Fərmanqızının müzakirə yaradan GÖRÜNTÜSÜ - VİDEO

Müğənni Afət Fərmanqızı sosial şəbəkədə paylaşdığı yeni görüntülərlə diqqət çəkib. xəbər verir ki, sənətçi evinə yaxın meşəlik ərazidə etdiyi idman məşqlərini izləyiciləri ilə bölüşüb. Təbii mühitdə idman edən Afət Fərmanqızının enerjili görüntüləri sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb

20 may
.

43 ildir buna görə evlənmirlər

Hollivudun əfsanəvi aktrisası Qoldi Houn aktyor sevgilisi Kurt Rassellə 43 ildir rəsmi nikahda olmamasının səbəbini izah edib. Axşam.az xəbər verir ki, bu barədə aktrisa "Hello" nəşrinə danışıb. Houn bildirib ki, onlar evlənməyərək özlərini qoruyurlar. "Evlənsək, bir-birimizdən nəsə itirəcəyimiz

10 may
.

"Alya"nın toyu olacaq

Türkiyəli aktrisa Sinem Ünsal ərə getməyə hazırlaşır. Axşam.az xəbər verir ki, o, həmkarı Berk Cankatla ailə quracaq. Cütlük bu yay nikah masasına əyləşəcək. Qeyd edək ki, Sinem Ünsal hazırda "Uzak şehir" serialında "Alya" obrazını canlandırır

17 may
.

İrem Derici illərdir gizlətdiyi xəstəliyini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici qatıldığı verilişdə uzun müddətdir yaşadığı ciddi sağlamlıq problemlərindən ilk dəfə danışıb. türk mediasına istinadla xəbər verir ki, müğənni özünə xroniki yuxusuzluq xəstəliyi - "insomnia" diaqnozu qoyulduğunu açıqlayıb. Derici bildirib ki, günün 24 saat

19 may
.

"İlk övladımı düşündüm, çətin məqam idi"

Müğənni Talıb Tale "Efirdən kənar" verilişində qonaq olub. xəbər verir ki, ifaçı bir müddət əvvəl Moskvadan Bakıya uçan sərnişin təyyarəsində qəza enişi zamanı keçirdiyi qorxudan danışıb:. "Orada olanda çəkiliş etmək istədim. Sonra telefona baxdım, özümü qəribə hiss etdim, pis oldum. Çəkmə

18 may
.

Elşad Xose xanımı ilə - FOTO

Reper Elşad Xose həyat yoldaşı Lətifə ilə paylaşım edib. xəbər verir ki, sənətçi məkanlardan birində çəkilən fotolarını sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, bu, Elşad Xosenin ikinci evliliyidir

10 may