"Ali Baş Komandanın uzaqgörən və məğrur siyasəti,verdiyi hər bir qərar yalnız bu gün üçün yox, gələcək üçün də qarantdır" - DEPUTAT
"Bu şəkil 1991-ci ildə Parisdə çəkilib. Erməni diasporunun aksiyasıdır, "Azərbaycanın Qarabağı blokadaya almasına" həsr olunub…
Bu aksiyalardan sonra ermənilər Qarabağ və Şərqi Zəngəzurdakı rayonları işğal edə bildilər və Ermənistanla birləşdilər. Azərbaycanın uduzmasının səbəbləri çoxdur, amma əsas səbəb güclü dövlətin və güclü liderin olmaması idi, xalqın, əsgərin "sahibsiz" qalması idi.
30 ildən sonra Azərbaycan vəziyyəti 30 il əvvəlki vəziyyətə qaytara bildi. Hətta daha çoxunu belə bacardı. Bizim hazırda nəzarət etdiyimiz torpaqlara və hərbi yüksəkliklərə o vaxtı nəzarət edə bilmirdik. Səbəblər çoxdur, amma əsas səbəb Ali Baş Komandanın dəmir iradəsi, siyasi bacarığı və Azərbaycan xalqının, qəhrəman əsgərlərimizin daim onun yanında olması oldu. İndi artıq güclü liderimiz, ordumuz, iqtisadiyyatımız var".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Tahir Mirkishili deyib.
O bildirib ki, indi sanki tarix yenidən təkrarlanır.
"Ermənilər yenə özlərinin 30 il əvvəlki köhnə metodları ilə hərəkətə keçiblər. Yenə həmin aksiyalar, şikayətlər, "acından ölürük", "blokada" şouları və s… Yəni görünən odur ki, ermənilər heç dəyişməyiblər. Bəzən elə gəlir ki, ermənilər üçün zaman anlayışı yoxdur, onların saatı dayanıb elə bil.
Azərbaycan həm dövlət olaraq, həm də xalq olaraq keçmişdə buraxılan səhvlərdən çox böyük ölçü götürüb.Azərbaycan artıq dünyada nüfuzu olan güclü liderə, müharibədə hər şeyindən qurban keçə bilən qalib xalqa, hər bir layihəni maliyyələşdirə bilən iqtisadiyyata, etimada əsaslanan müttəfiqlərə və regionda ən güclü orduya sahib olan ölkədir. Ermənilən bu köhnə, bəsit metodları ikrah doğurur. Ya onlar inteqrasiya olunub, inkişaf edərək gəlib orta Azərbaycan səviyyəsinə çatacaqlar, ya da gedib Ermənistanda keçmişdə yaşayacaqlar. Onlar keçmiş və gələcək arasında seçim etməli olacaqlar. Bizim isə yolumuz birdir: inkişaf etmək, güclü olmaq, liderlik etmək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1035 Tarix: 25 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
4 oktyabrOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabrOktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabrPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
4 oktyabrBəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olara
5 oktyabrBu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabr