Ermənistan MTN-inə "soyuq duş": Baku TV-nin Ermənistandan hazırladığı reportaj qalmaqal yaratdı - FOTO
Baku TV-nin Ermənistandan hazırladığı reportaj "daşlar diyarı"nda böyük səs-küyə səbəb olub və qonşu ölkənin dövlət təhlükəsizlik sisteminin zəifliyini göstərib.
Caliber.Az xəbər verir ki, "Hraparak" nəşri "Eko-Media" qeyri-hökumət təşkilatının təsisçisi Narine Kirakosyanın bəyanatını dərc edib. Kirakosyan Ermənistanda Azərbaycan kanalının çəkilişinə bir neçə yerli ekoloqun kömək etdiyini, onların müsahibə verdiyini və Zəngəzur mis-molibden kombinatı və digər yerli mədən şirkətləri barəsində danışdığını bildirib.
Məqalədə deyilir ki, Baku TV-nin jurnalistləri erməni toponimlərindən istifadə etmədən erməni ekoloqlarını yerli mədən şirkətlərinin Zəngəzurda baş verən ekoloji fəlakətin günahkarları olduğunu deməyə məcbur ediblər.
"Bilmirəm, Ermənistan Milli Təhlükəsizlik Xidməti videoda iştirak edən şəxsləri dindirib, onlardan bu Azərbaycan kanalına necə və niyə müsahibə verib-vermədiklərini soruşubmu?" - deyə Narine Kirakosyan yazır.
Bundan əlavə Narine Kirakosyan deyir ki, o, artıq üç nəfərdən Baku TV-yə niyə rus dilində müsahibə verdiyini soruşub. Cavabında "Ecolur" ictimai təşkilatının rəhbəri İnqa Zarafyan bildirib ki, azərbaycanlı jurnalistlər ona özlərini Rusiyanın Bloknot.ru redaksiyasının müxbirləri kimi təqdim edib və ilkin olaraq elektron sorğu ediblər. Bundan sonra onlarla görüşüb və müsahibə verib.
Erməni nəşri xəbər verir ki, yerli sakin Albert Atayan və Qafan rayonunda hamının tanıdığı ekoloji ictimai təşkilatın rəhbəri Vladik Martirosyan da Azərbaycan telekanalına müsahibə verib. Vladik Martirosyandan Baku TV-yə müsahibə verməyi xahiş edən məhz Albert Atayan olub. Atayanın dediyinə görə, Baku TV-nin müxbirinin yanında erməni oğlan olub, o da özünü "Mir" telekanalının operatoru Tiqran kimi təqdim edib.
Biz də Ermənistana girib, bu ölkənin xüsusi xidmət orqanlarını hərifləyib, yerli ekoloqları həm yerli əhalini, həm də bütün bölgə əhalisini yavaş-yavaş öldürən Qafan və Qacaranın mədən sənayesinin səbəb olduğu ekoloji fəlakətin miqyası barədə bütün həqiqəti söyləməyə məcbur edən Baku TV-dən olan həmkarlarımızın yüksək məharətini qeyd edirik.
"İnformasiya sahəsində Ermənistan milli təhlükəsizlik sisteminin sıradan çıxması, daha doğrusu, bütün mövcud resursların bir şəxsin fiziki təhlükəsizliyinə və onun hakimiyyətinin saxlanmasına yönəldilməsi səbəbindən məğlubiyyətə uğrayır", - nəşr yazır.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
Dönər həvəskarlarına PİS XƏBƏR
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?