Xaricdən gələn bağlamalarımız hansı hallarda açıla bilər?

Xaricdən gələn bağlamalarımız hansı hallarda açıla bilər?"Türkiyədən məhsul sifariş etmişəm. Lakin sifariş etdiyim kuryer şirkəti məndən xəbərsiz bağlamamı açıb. "Bağlamamı niyə açmısınız" deyə soruşduqda isə, bunu təhlükəsizliklə əsaslandırırlar. Bağlamamın içərisindəki hədiyyə mənə xəbər verilmədən karqo şirkəti tərəfindən götürülərsə, onun içində nə olduğunu necə biləcəm?"

Bunu sosial şəbəkələrdə karqo vasitəsi ilə xaricdən mal sifariş edən bir şəxs yazıb. Hər birimiz xaricdən məhsul sifarişi zamanı karqolardan istifadə edirik. Bəzən bağlama bu şikayətdə olduğu kimi karqo şirkəti tərəfindən açılır. Bəs bu, nə dərəcədə doğrudur?

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik:

Bağlamanın açılması qəti qadağandır

Karqo şirkətlərinin birinin əməkdaşı Nurlan Əyyamlı bildirdi ki, müştəri özü xarici anbarla əlaqə yaradaraq bağlamasını açdırıb, baxa bilər: "Bu xidmət zamanı xarici anbardakı əməkdaş məhsulu açır, şəklini və ya videosunu müştəriyə göndərir. Bu zaman müştəri bağlamanın qırıq, defektli olub-olmadığını görə bilir. Bağlama müştərinin bəyanından sonra birbaşa Azərbaycana göndərilir. Məhsul xarici anbara hansı formada təhvil verilibsə, o şəkildə də sistemə giriş olunur. Digər hallarda xarici anbardakı əməkdaşın bağlamanı açması, baxması qəti qadağandır".

N.Əyyamlının sözlərinə görə, əgər müştəriyə xəbər verilmirsə, bu halda bağlama açıla bilməz: "Xarici anbar kamera nəzarəti altındadır. Bu kimi məsələlərə ciddi şəkildə nəzarət edilir. Çünki hansısa məhsulun özbaşına açılması, yoxlanılması qəti qadağandır".

Karqo şirkəti heç bir məsuliyyət daşımır

Həmsöhbətimiz qeyd etdi ki, müştərinin məhsullarına görə karqo şirkəti heç bir məsuliyyət daşımır: "Karqo kuryer şirkətidir. Bağlamanın "a" nöqtəsindən "b" nöqtəsinə çatdırılmasını həyata keçirir. Məhsul gömrük orqanları tərəfindən yoxlanılır. Qadağan olunmuş məhsulun gömrük yoxlanılması zamanı saxlanılması prosesində karqo şirkəti heç bir məsuliyyət daşımır. Çünki həmin məhsul müştəriyə aiddir. Yanan, alışan, qadağan olunmuş məhsul olduqda birbaşa müştəri ilə əlaqə saxlayıb bu barədə məlumat veririk".

Bağlamanın açılmasının iki səbəbi
Marketoloq Qələndər Məmmədlinin fikrincə, karqo şirkətlərinin bağlamaları açmasının iki səbəbi var: "Birinci səbəb odur ki, yanlış məhsul göndərilə bilər. Bu, vergidən yayınma halı yarada biləcəyi üçün risk təşkil edən amildir. İkincisi isə, daşınması qadağan edilmiş məhsuldur. Karqo şirkətləri aldıqları məsuliyyətə görə yoxlamağı özlərinə borc bilirlər".

Marketoloq dedi ki, bu baxımdan bağlamanın açılması başa düşüləndir: "Karqo şirkəti üçün bu, arzuolunan vəziyyət deyil. Çünki məhsulun yoxlanılması çatdırılmada vaxt itkisi yaradır. Bu da müştəri narazılığına səbəb olur. İkinci məsələ odur ki, yoxlanış əsnasında məhsula gələ biləcək zərər karqo şirkətinin hesabına yazılır. Bu da əlavə xərcdir. Həmçinin, məhsul defektli ola bilər. Müştəri məhsulu açanda zənn edə bilər ki, bu, karqo şirkətinin qüsurudur. Lakin məhsul əvvəldən yoxlanılaraq götürüldükdə əgər defekt varsa, ortaya çıxır. Əskiklik sonradan yaranarsa, məsuliyyət karqo şirkətinindir. Bu zaman şirkət zərəri ödəyir".

Göndərişə dair sonrakı tələb qəbul olunmur

Hüquqşünas Turan Abdullazadə isə qeyd etdi ki, qanunvericiliyə görə, bağlamalar yalnız sifarişi verənin icazəsi ilə açılmalıdır: "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş "Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları"na əsasən, poçt göndərişinin açılması zamanı onun tərkibində çatışmazlıq, zədə və tərkibin dəyişdirilməsi aşkar edilməzsə, onun verilməsi müəyyən olunmuş qayda əsasında həyata keçirilir. Problem aşkar edildiyi hallarda poçt işçisi tərəfindən üç nüsxədə akt tərtib edilir və akt onun, poçt obyektinin rəhbəri və alıcı tərəfindən imzalanır. Aktın bir nüsxəsi poçt göndərişi ilə birlikdə alıcıya verilir, digər nüsxəsi göndəriciyə qaytarılır, üçüncü nüsxə isə xidməti təhqiqat aparılması üçün poçt obyektində saxlanılır. Alıcı poçt göndərişinin açılmasından imtina etdikdə, göndərişin yalnız çəkisi yoxlanılmaqla, poçt göndərişi ona "Açılmadan imtina etdi" qeydi edilməklə verilir. Bu halda göndərişə dair sonrakı tələb qəbul olunmur. Poçt göndərişlərinin açılması, baxılması, götürülməsi üçün bir qayda olaraq məhkəmənin qərarı olmalıdır. Təxirəsalınmaz hallarda müstəntiq məhkəmə qərarı olmadan da bunu edə bilər. Poçt, teleqraf və digər göndərişin baxışı və ya götürülməsinə dair protokol tərtib edilməlidir".

Vəkilin fikrincə, bağlamalar yalnız sahibi tərəfindən götürülmədikdə açıla bilər: "Göndərilmə üçün qəbul edildiyi gündən altı aylıq müddət bitdikdən sonra paylanmayan poçt göndərişlərinin "Poçt haqqında" qanuna və digər normativ aktlara uyğun olaraq açılması həyata keçirilir".

T.Abdullazadənin sözlərinə görə, əgər vətəndaşın razılığı olmadan onun bağlaması karqo şirkəti tərəfindən açılıbsa və nəticədə hər hansı natamamlıq, əskiklik olarsa, eyni zamanda karqo şirkəti dəymiş ziyanı ödəməkdən imtina edərsə, vətəndaş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər. Vətəndaş həm də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bu halla bağlı şikayət etmək hüququna da malikdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1138   Tarix: 19 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

4 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperatur

5 oktyabr
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

3 oktyabr
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha

4 oktyabr
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr