Afaq Bəşirqızı Rasim Balayevin müdafiəsinə qalxdı: "Şərəfsizlikdir!"
"Son vaxtlar korifey sənətkarlara qarşı belə münasibətin yaranmasına təəccüblənirəm. Bunu edən şəxsləri öz millətimin nümayəndələri kimi qələmə verə bilmərəm. Onlar azərbaycanlı deyillər, millət yetimləridirlər! Rasim Balayevə qarşı belə münasibət şərəfsizlikdir!"
Sonxeber.az xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı həmkarı R.Balayevi tənqid edənlərlə bağlı danışarkən deyib.
O, aidiyyəti orqanlara səslənib:
"Çox xahiş edirəm, sosial şəbəkələrdə ağızlarına gələni yazanlar barədə ölçü götürülsün. Bir-ikisi cəzalandırılsa, digərlərinə də dərs olacaq. Onsuz da qorxaq insanlardırlar. Çoxu qorxusundan heç öz adı ilə yazmır.
Rasim Balayevə qarşı kampaniya aparmaq, ağzına gələni yazmaq savadsızlığın əlamətidir. Evindən, rayonundan, şəhərindən qaçan insanlar necəsə internet üçün aylıq ödəniş etməyə, mobil telefona pul tapırlar, amma bir şey olmamış, deyirlər, "acıq". Atılan addımların hamısı işsizlikdən, bekarçılıqdan irəli gəlir".
Afaq Bəşirqızı deyib ki, Rasim Balayev cənab Prezidentin qəbuluna gedəndə protokola uyğun hərəkət edib:
"Özü bunu dəfələrlə müsahibələrində bildirib. Protokol pozula bilməz! Mən bir həmkar və vətəndaş olaraq Rasimi dəstəkləyirəm! Onun səhhətində problemlər var, amma ağzını açıb bir adamdan kömək istəməyib. Adamın abır-həyası olar! Onun sevincli günündə belə oyunlar çıxarmaq alçaqlıqdan başqa bir şey deyil. Amma yaxşı ki, Rasim belə şeylərə fikir vermir. Çünki o, heç bir yanlış iş görməyib!
Neçə vaxtdır Rasimi tənqid edənlər yazırdılar ki, Akif İslamzadə kimi sənətkar heç bir ad, orden almayıb. İndi A.İslamzadəyə Prezident "Şöhrət" ordeni verdi. Həmin insanlar Akifə yazırlar ki, "guya sən heç bir ad almayacaqdın, sən də eynisən". Ona görə də deyirəm, sənətkarlarımızı bu mövzudan tənqid edənlər ad və soyadlarını hansısa yollarla dəyişmiş, lap dəyişməmiş erməni casuslarıdır! 44 günlük Vətən müharibəsi zamanı ermənilərə casusluq edənlər saxlanıldı. Bunlar da casusdurlar. Şəxsən öz adımdan daxili işlər nazirimiz cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, bu məsələ ilə məşğul olsunlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4462 Tarix: 22 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həlak olub,
5 oktyabr"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
3 oktyabrAzərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabr"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"
"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib
5 oktyabrUşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
4 oktyabrPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
4 oktyabrBu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
4 oktyabrAzərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v
3 oktyabr