"Whatsapp" hesabı oğurlananlar nə etməlidir?
Bir neçə gündür ki, Azərbaycanda "whatsapp" istifadəçilərinin hesablarının oğurlanması ilə bağlı məlumatlar yayılmaqdadır.
Artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) bununla bağlı vətəndaşlara müraciət edib.
Bəs oğurluq halları nədən qaynaqlanır, bu cür problemlə üzləşənlər nə etməlidir?
Sonxeber.az xəbər verir ki, Report mövzunu "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasovla müzakirə edib.
Onun sözlərinə görə, problem beynəlxalq GSM operatorlarından birindəki boşluqdan qaynaqlanır: "Bir neçə həftədir ki, Azərbaycanda "whatsapp" profillərinin oğurlanması ilə bağlı ETX araşdırmalar aparır və onun nəticəsi göstərir ki, problem qlobal səviyyədədir. Belə ki, fırıldaqçılar beynəlxalq GSM operatorlarının sisteminə sızaraq "whatsapp" hesabının bir cihazdan başqasına köçürülməsi zamanı tələb edilən 6 rəqəmli OTP kodu ələ keçirə bilirlər. Çox güman ki, hansısa operatorda boşluq tapılıb, nəticədə Azərbaycandakı istifadəçilərə zərər vurulub. Yəni SMS kod gəlib Azərbaycanın mobil operatorunun istifadəçisinə çatmamış yolda oğurlanır. Deməli, bu problem sadəcə Azərbaycandadır demək doğru deyil. Demək olar ki, Azərbaycanla əlaqəsi yoxdur. Amma, təəssüf ki, "whatsapp" profillərinin kütləvi şəkildə oğurlanması Azərbaycanda da baş verir".
Ekspert hesab edir ki, bu problemi Azərbaycan daxilində həl etmək real deyil: "Təəssüf ki, bu problemin qaynağı Azərbaycanda olmadığı üçün onun ölkəmizdə həlli real görünmür. Çünki "Meta"dan çıxan 6 rəqəmli OTP aktivləşdirmə kodu Azərbaycana çatmadan oğurlanır. Buna görə də ETX vətəndaşlara tövsiyə edir ki, ikili təsdiqləməni ("two-step verification") aktivləşdirək. Sual oluna bilər ki, Bu bizə nə verəcək? Belə aktivləşmə olduğu halda "whatsapp" profilimiz oğurlansa da, oğurlayan şəxslər mesajlaşma proqramını açmayacaq. Çünki mesajı oxumağa cəhd etdikdə ikilik təhlükəsizlik kodu, yəni 6 rəqəmli şifrə soruşulacaq. Dələduzlar da bu kodu bilmədikləri üçün bizim oğurlanan "whatsapp" hesabımızdakı mesajlar onlar üçün əlçatan olmayacaq".
Onun sözlərinə görə, indiyə qədər dünyada bu kimi kiberhücumların qarşısını almaq mümkün olmayıb: "Bu məsələ beynəlxalq miqyasda həll olunmalıdır və həlli istiqamətində işlər görülür. Bir daha qeyd edirəm ki, indiki halda ikili təsdiq kodunun aktivləşdirilməsi mütləqdir və bu, bizim təhlükəsizliyimiz üçün yeganə üsuldur. Nəzərinizə çatdırım ki, bu hallar əvvəlki illərdə baş verib və qısa bir müddətdə qarşısı alınıb. Amma bu dəfəki situasiya bir qədər fərqlidir və qlobal şəkildə həll edilməlidir. Hakerlər "whatsapp" hesablarının digər cihaza köçürülməsi üçün telefonlara random şəkildə sorğular göndərir və tələyə düşən istifadəçilərin hesabları oğurlanır. Yəni oğurlanan "whatsapp" profilləri xüsusi seçilmir, proses təsadüfi seçim əsasında baş verir. Oğurlana profillərin geri qaytarılması üçün yeganə yol "whatsapp"ın özünün dəstək mərkəzinə yazmaqdır ki, belə müraciətlər də adətən 1 həftə ərzində cavablandırılır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1448 Tarix: 23 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həlak olub,
5 oktyabr"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
3 oktyabrAzərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabr"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"
"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib
5 oktyabrUşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
4 oktyabrPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
4 oktyabrBu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
4 oktyabrAzərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v
3 oktyabr