2 min ildir ölməyən qadın
Xin Zhui Han sülaləsi dövründə zadəgan çinli kişinin yoldaşı idi. Bütün günü heç nə etmədən oturur və ya yemək yeyirdi. Lakin bu qadınla bağlı maraqlı faktlar var. Leydi Dai olaraq tanınan bu qadının mumyası indiyə qədər sağlam qalıb. Lady Dai-nin məzarı 1960-cı illərdə Çinin Çanşa şəhəri yaxınlığındakı Mavanqdui şəhərində tikinti işçiləri tərəfindən təsadüfən tapılıb. Arxeoloqlar 1970-ci illərin əvvəllərində ərazidə qazıntı apararaq qərbi Han sülaləsinə məxsus 3 məzar aşkar edilib. Onlardan biri bu məşhur qadına məxsusdur. Eramızdan əvvəl 163-cü ildə vəfat edən həyat yoldaşı Ledi Dai-nin sərdabəsində minlərlə əşya, o cümlədən qədim Han sülaləsindən qalma zərif ipək əlyazmalar, cilalanmış qablar, darçın, maqnoliya qabığı və qara bibərdən hazırlanmış bitki mənşəli dərmanlar qoyulub.
Əsas maraqlı məqam odur ki, təxminən 2100 il yaşı olan qadının mumiyası çox qəribədir. Onun damarları hələ də laxtalanmış qanla və yumşaq toxumalarla doludur. Bu vaxta qədər qadının bədənində bir çox hissələr salamat qalıb. Qırışmış bədəni köhnə mumiyadan daha çox təzə meyid kimi görünür. İllər ərzində qadının bədənin yaxşı vəziyyətdə qaldığına dair bir neçə fərziyyələr meydana gəldi. Leydi Dai-in meyidi gözəl ipək rəsmlə örtülmüş dörd laklı tabutun ən içəri hissəsində baramalanmış vəziyyətdə tapılıb. Bundan əlavə, bədəni 18 qat ipək və kətan paltarla bükülüb. Bütün bu amilləri nəzərə aldıqda meyidin necə salamat qaldığı bəlli olub. Bununla yanaşı qadının tabutu hava ilə təmas etdikdən sosonra qəhvəyi rəngə çevrilən şəffaf maye ilə dolu olub. Bəzi mütəxəssislər bu mayenin onun bədəninə aid olduğuna inanır, lakin bəziləri isə mayenin qorunma prosesinə kömək edən ənənəvi çinlilərin bitki mənşəli məhlulu ola biləcəyindən şübhələnir.
Çin alimləri tərəfindən meyidin ətraflı yarılması ilə qadının səhhətinin əslində pis olduğunu göstərdi. Araşdırmalar nəticəsində, onun 50 yaşlarında yemək yedikdən az sonra infarktdan öldüyü görünür. Tədqiqatçılar yazır ki, bu problemlər qadının artıq çəkiyə və diabet xəstəliyinə tutulmasına səbəb olan tənbəl həyat tərzinin nəticəsidir. Bədəninin müayinəsi Leydi Dai-nin son qəbul etdiyi qidanı müəyyən edib. Onun yemək borusu və mədəsində 100-dən çox qovun toxumu tapılıb. Araşdırmaçılar, bu qidaları onun tələsik qəbul etdiyini deyib. Leydi Dai-nin mumyası indiyə qədər çinlilər tərəfindən xüsusi olaraq qorunur. Hətta insanlar bu qadının uzun yaşadığına inanır və tez-tez onu ziyarət edirlər./BiG.AZ
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3944 Tarix: 25 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
4 oktyabrKonqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd
4 oktyabrMoskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
4 oktyabrQonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu
4 oktyabrRusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
4 oktyabrRusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb
Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar
4 oktyabrQonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
4 oktyabr