Ermənistan və Rusiya iqtisadiyyat nazirləri əməkdaşlığı müzakirə ediblər

Ermənistan və Rusiya iqtisadiyyat nazirləri əməkdaşlığı müzakirə ediblərErmənistanda Avrasiya Hökumətlərarası Şurasının sessiyası çərçivəsində Ermənistan və Rusiyanın işgüzar dairələrinin nümayəndələrinin görüşü keçirilib.

Sonxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Tədbirdə Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyan və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov iştirak edib və əməkdaşlığı müzakirə ediblər.

Kerobyan bildirib ki, o, rusiyalı həmkarı ilə investisiyalar, birgə layihələr və logistika ilə bağlı bir sıra məsələləri müzakirə edib.

Reşetnikov bildirib ki, nahar zamanı makroiqtisadiyyat və ölkənin iqtisadi siyasəti ilə bağlı məsələlər qaldırılıb.

Rusiyalı nazir deyib ki, rublun dram qarşısında "dramatik" ucuzlaşması Rusiyaya mal ixrac edən erməni iş adamlarında müəyyən narahatlıq yaradıb.

"Bu, mövcud vəziyyətdir və strateji vəzifələri ləğv etmir. Strateji vəzifələr qarşılıqlı sərmayələr, yeni layihələr və əməkdaşlıqlardır", - deyə rusiyalı nazir bildirib.

O, Ermənistanla Rusiya arasında intensiv ticarət dövriyyəsindən də danışıb, prosesdə bəzi məsələlərin ortaya çıxdığını və müvafiq dövlət qurumları tərəfindən həllini tələb etdiyini bildirib.

Reşetnikov Kerobyanla bütün məsələlərə nəzarət etmək, bizneslərə hərtərəfli izahatlar vermək və lazım gəldikdə müəyyən düzəlişlər etmək barədə razılığa gəldiyini bildirib.

O, biznes ictimaiyyəti ilə görüşün çox maraqlı və vacib olduğunu bildirib, çünki iki ölkə arasında əlaqələr, ticarət və birgə investisiyalar artır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 617   Tarix: 25 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı arxiv materiallarının dördüncü paketini dərc edib. "Report" xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib. Bildirilib ki, əvvəllər məxfi saxlanılan materialların ictimaiyyətə açıqlanması layihəsind

12 iyul
.

"Yer kürəsinin qara qutusu" tikilir

Avstraliyanın Tasmaniya adasının qərb sahilində "Yer kürəsinin qara qutusu" tikiləcək. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Layihə iqlim böhranının nəticələrini qeydə almaq və bəşəriyyətin məhv olacağı təqdirdə bu məlumatları gələcək üçün qorumaq məqsədi daşıyır. "Yer kürəsini

14 iyul
.

ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb

İyulun 8-i və 9-da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər həyatını itirib, daha 115 nəfər isə xəsarət alıb. xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb. "İyulu

11 iyul
.

İordani çayının Qərb sahilində CNN əməkdaşlarına hücuma görə dörd köçkün saxlanılıb

İordan çayının qərb sahilində CNN-in əməkdaşları da daxil olmaqla jurnalistlərə hücum etdiklərinə görə dörd köçkün saxlanılıb. "Report"un məlumatına görə, bu barədə CNN İsrail polisinə istinadən xəbər yayıb. Qeyd olunur ki, hücum jurnalistlər Ramallanın şimalındakı Sincil kəndi yaxınlığında

12 iyul
.

Rusiyada balıqçılar adam boyda tunes tutublar - FOTO

Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar. bu barədə "Amur Mash" "Telegram" kanalına istinadən xəbər verir. Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçıla

12 iyul
.

ABŞ Milli Kəşfiyyatında yeni ixtisarlar olacaq

ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin icraedici direktoru Bill Pulti rəhbəri olduğu qurumda yeni işçi ixtisarlarının həyata keçiriləcəyini açıqlayıb. xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. "ABŞ Milli Kəşfiyyatı hər zamankından daha səmərəli, məhsuldar fəaliyyət göstəri

12 iyul
.

Dünyada xərçəng xəstələrinin sayı ikiqat arta bilər - HESABAT

Ümumdünya Səhiyyə Təşkilatı xərçəng hallarının sürətlə artdığını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, yeni qlobal hesabata görə, profilaktika, erkən aşkarlama və müalicə yaxşılaşdırılmadıqda, 2050-ci ilə qədər yeni xərçəng hallarının illik sayı təxminən 35 milyona çata bilər. Hesabatda qey

12 iyul
.

Qətərdə sabiq əmirin vəfatı ilə əlaqədar dördgünlük matəm elan edildi

Qətər əmirinin dəftərxanası dövlətin keçmiş başçısı şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı ilə əlaqədar ölkədə dördgünlük ümummilli matəm elan edib. TASS agentliyinə istinadən xəbər verir ki, matəm bu gün, iyulun 12-dən başlayır. Dörd gün ərzində ölkənin bütün ərazisində dövlət bayraqları endiriləcək

12 iyul
.

Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür

Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günüdür. xəbər verir ki, 10 il bundan əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticay

15 iyul