Müasir ruslar Stalini niyə sevir? – Bunun bir mühüm səbəbi var...

Müasir ruslar Stalini niyə sevir? – Bunun bir mühüm səbəbi var...Rusiyada hökumətə yaxın sorğu agentliyinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, rus ictimaiyyətinin yarısından çoxu (62 faiz) sovet lideri İosif Stalinə (1878 -1953) rəğbət bəsləyir.

Bu faizdə adamlar Stalinə dair plakatların, büstlərin və portretlərin ictimai yerlərdə yerlərdirilməli olduğunu düşünür. Vətəndaşların 65 faizi Stalinin cinayətləri haqda materialların yayılmasının, onun haqqında pis şeylər yazılmasının əleyhinədir.

Ən maraqlısı odur ki, çox gənc adamların, 18-24 yaşlarında olan respondentlərin 77 faizi Stalinlə bağlı xatirələrin canlandırılmasını dəstəkləyir. Yaşı 60-dan çox olan respondentlər isə onları bəyəndiklərini bildirib.

Stalin 70 il əvvəl ölüb. Bu o deməkdir ki, bu gün Rusiyada yaşayanların 95 faizindən çoxu onun ölümündən sonra dünyaya gəliblər və Stalin rejiminin qəddarlıqlarını, amansızlıqlarını, çətinliklərini görməyiblər.

Ancaq onlar Stalin mövzusunda çəkilən yüzlərlə film və seriallardan, yazılan minlərlə bədii və sənədli əsərlərdən Stalin dövrünün qanunsuzluqları və məşəqqətləri haqqında yaxşı xəbərdardırlar.

Bu şəxslər Stalin repressiyasının dözülməz iztirab və işgəncələrini öz dərilərində hiss etməyiblər, o ağır günləri yaşamayıblar, ona görə də Stalin haqqında filmlər onlara sadəcə qorxu filmləri kimi maraqlıdır, baxırlar, bir az həyəcanlanırlar, film bitir, həyəcan da qurtarır.

Stalinin dövründə (1922-1953) isə yüz minlərlə günahsız insan 10-15 dəqiqəlik məhkəmələrdən sonra güllələnib, milyonlarla insan Sibirin sərt iqlimli biyabanlarında tikilmiş həbs düşərgələrinə göndərilib və onların xeylisi elə oradaca ölüb, repressiya olunan şəxslərin yaxını olan məsum qadınlar Qazaxıstanda ALJİR adlanan həbs düşərgələrində cəza çəkməyə vadar edilib, ölkənin ən yaxşı ziyalıları, mülki və hərbi kadrları sırf Stalinin iş metodlarını bəyənmədikləri üçün məhv edilib və sair və ilaxır. Bütün bu cinayətlər Stalinə rəğbət bəsləyənlərin vecinə deyil.

Stalin onlara başqa prizmadan əzizdir. SSRİ adlanan qırmızı Rusiya imperiyasının ən geniş sərhədlərə malik olması, bütün dünyaya güc göstərməsi, dünyanın ən güclü iki dövlətindən biri olması məhz Stalinin dövrünə təsadüf edib.

Müasir ruslar onu ona görə sevirlər ki, adı SSRİ olan dövlətin əsas etnik çoxluğu olan ruslar onun dövründə dünyanı idarə edən iki-üç millətdən biri olublar. Mahiyyət etibarilə faşist rejimi (təkpartiyalı idarəetmə) quran Stalin həm də rus şovinizmini inkişaf etdirib. Stalin özünü də rus adlandırıb, ruslara aid edib. Onun vaxtında populyar olan "sovet xalqı", "sovet ölkəsi" terminləri gözdən pərdə asmaq üçün işlədilib, əslində hamı söhbətin "rus xalqı", "rus dövləti"ndən getdiyini yaxşı bilib. O dövrdə Qərb ölkələrində də SSRİ-dən söhbət düşəndə çox zaman dövlətin adını "Rusiya" kimi qeyd ediblər.

Stalin və o dövrün ideoloqları sadəcə onu yaxşı anlayıblar ki, başqa xalqları bir millətin hökmranlığı, dominantlığı altında birləşdirməyin yolu hamı üçün eyni dərəcədə əziz olan yeni bir termindən yararlanmaq və üzdə beynəlmiləlçilik siyasəti yeritməkdir.

Qəribədir ki, Stalinin ölümündən dərhal sonra o zamanın slavyan əsilli dövlət adamları Stalinə və digər millətlərdən olan kadrlara xor baxıblar və yaranmış fürsətdən istifadə edərək onları sovet dövlətinin rəhbərliyindən uzaqlaşdırıb, bir növ, "sovet məmlükləri"ndə xilas olublar.

Ruslar Stalinin qədrini Qorbaçov-Yeltsin erasından, sovet dövlətinin çökməsindən, SSRİ-nin dağılmasından sonra bildilər.

Budur, 32 ildir ki, SSRİ dağılıb, amma ruslar hələ də sovet dövlətindəki sərhədlərin və rifahın xiffətini çəkirlər. Ölkənin başqa regionlarından fərqli olaraq Rusiyanın Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Samara, Yekaterinburq, Krasnoyarsk və başqa iri şəhərlərində insanlar gerçəkdən də yüksək rifah içində yaşayıblar – digər respublikalarda istehsal olunan və yerli əhaliyə dadızdırılmadan rus şəhərlərinə göndərilən maddi nemətlərin hesabına.

Ona görə də onlar Stalini dahi sayırlar və bu şəxsin yaratdığı hərbi-polis rejiminin milyonlarla qurbanının halına acımırlar. Bu ovqat rusların imperiya ambisiyasının şiddətindən xəbər verir. Onlar başqa xalqları hələ də özlərinin tabeliyində, əllərinin altında görmək istəyirlər. Prezident Putin öz xalqının ovqatını, xalq da prezidentin əsl niyyətini yaxşı bilir.

Bu baxımdan Putin Qərb ölkələrinə dirəşdikcə, rus xalqı səfil gününə qalsa da, onu dəstəkləyəcək. Heç bir maddi sıxıntı "imperialist qüvvələrin rus xalqına qarşı məkrli niyyəti"nin gerçəkləşməsinə səbəb olmayacaq. Bu"superderjava", "böyük və müzəffər millət" xəstəliyidir.

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1320   Tarix: 27 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb

Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omandan 16 km şərqd

12 iyul
.

İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib

12 iyul
.

Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı

Türkiyənin Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatları həyata keçirən 100-ə yaxın mama-ginekoloqu cərimələyib və onları müvəqqəti olaraq tibbi fəaliyyətdən kənarlaşdırıb. xəbər verir ki, bu barədə iyulun 11-də "BirGün" qəzeti məlumat yayıb. İntizam tədbirləri səhiyyə sahəsində həyata keçirilə

12 iyul
.

Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır

ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin

12 iyul
.

Tramp xalqa müraciət edəcək

ABŞ Prezidenti Donald Tramp 16 iyulda xalqa müraciət edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. Məlumata görə, televiziya vasitəsilə yayımlanacaq müraciətdə dövlət başçısı müxtəlif mövzulara, o cümlədən ABŞ-İran münaqişəsinə toxunacaq. Belə ki, AB

14 iyul
.

Trampa qarşı sui-qəsd cəhdi olsa, İrana "minlərlə raket zərbəsi" endirilə bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran tərəfindən ona qarşı sui-qəsd cəhdi olsa, ABŞ İrana "minlərlə raket zərbəsi" endirəcək. "Report" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb. "Min raket istifadəyə hazırdır v

11 iyul
.

Hörmüz boğazından gəmilərin keçidi minimuma enib

ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. "Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb. Məlumata görə, cəmi bi

11 iyul
.

Türkiyədə vaxtilə 20 min nəfərin yaşaya bildiyi gizli yeraltı şəhər necə inşa edilib?

Kapadokiyadakı Derinkuyu yeraltı şəhəri insan zəkasının yerin altında yaratdığı nəhəng bir "kölgə səltənəti"ni xatırladır. Qaranlığın dərinliklərinə oyulmuş dəhlizlər, havalandırma şaxtaları və iri daş qapılar bu gün də öz incə mühəndislik həlli ilə dünyanın diqqətini cəlb edir. Qayanrinf

14 iyul
.

Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib

ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql

12 iyul