Sürətli yox, ağılla arıqlamaq lazımdır

Sürətli yox, ağılla arıqlamaq lazımdırHəkimlər sürətli arıqlamağın həm sağlamlıq, həm də gözəllik üçün zərərli olduğunu deyirlər. Orqanizm sürətli çəki itirəndə hüceyrələrdə aclıq yaranır. Ona görə də artıq çəkini sürətli yox, ağılla itirmək lazımdır.

Artıq çəkidən xilas olmaq istəyənlərin ən böyük arzusu qısa müddətdə, sürətli şəkildə arıqlamaqdır. Çünki uzun müddət pəhriz saxlamağa, idmanla məşğul olmağa heç də hər kəs sona qədər davam gətirə bilmir. Mütəxəssislər sürətli çəki itirilməsini məsləhət görmürlər. Maraqlıdır, niyə? Ümumiyyətlə, sürətli çəki itirmək deyəndə nə nəzərdə tutulur?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Diyetoloq Turxan Baratzadənin sözlərinə görə, bir ay ərzində çəkimizin 10 faizdən çoxunu itiririksə, deməli, sürətli arıqlama gedir: "80 kiloqram çəkisi olan biri 1-ci ay 8 kiloqram, 2-ci ay 7 kiloqram, 3-cü ay da təxminən bu qədər arıqlayırsa, bu, artıq həddindən artıq sürətli çəki itirilməsi deməkdir və normal sayılmır. Həftəyə bir kiloqram çəki vermək daha məsləhətli və sağlamdır".

Uzun müddət yarıac gəzmək?

Son vaxtlar məşhur olan "su orucu"nda da insanlar sürətli çəki itirirlər. Bəs bu niyə məsləhət görülür? T.Baratzadə deyir ki, burada yanaşma fərqlidir: "Bəli, su orucunda da sürətli arıqlama baş verir. Bir-iki həftə ərzində çox miqdarda çəki vermək olur. Bunun isə bir yeniləmə, detoks olduğu düşünülməkdədir. Bir-iki həftə sonra artıq sən eyni formada çəki itirmirsən, qısa müddətlik prosesdir".

T.Baratzadə bildirdi ki, çəkidən tez qurtulmaq üçün uzun müddət yarıac gəzmək həm bədən üçün stressdir, həm də makro və mikro elementlərin yetərli alınmaması bir çox problemin yaranmasına səbəb olur. Bunlar başlıca olaraq ürək ritminin pozulması, aşağı qan təzyiqi, elektrolit balansının pozulması, orqan çatışmazlığı, anemiya, saç tökülməsi, tiroid tənbəlliyi, öd kisəsi daşı, yuxu pozğunluqları, depressiya və s.-dir.

"Hər orqanizm dözə bilmir"

Terapevt Məlahət Abbasova deyir ki, sürətli çəki itirməyə hər orqanizm dözə bilmir: "Çox tez arıqlayırlar deyə, birinci sevinirlər, amma sonra bədən gücdən düşür, halsızlıq, zəiflik yaranır, işgörmə qabiliyyətləri itir, heç nə etməyə gücləri qalmır. Bədənə yağlar, zülallar, karbohidratlar, - hamısı lazımdır. Sürətli çəki itirmək üçün orqanizmi, hüceyrələri ac saxlamaq olmaz. Onlar həyat uğrunda mübarizə aparırlar".

M.Abbasovanın sözlərinə görə, orqanizmimizin zərər görməməsi üçün çəkini yavaş-yavaş itirməliyik: "Orqanizm o çəkini birdən almayıb. Yavaş-yavaş, qram-qram alıb. Siz onu sürətli şəkildə itirən zaman orqanizmə əziyyət vermiş olursunuz. Çünki bədənin də bir rejimi formalaşıb. Birdən-birə sürətli çəki itəndə, bədəndə böyük dəyişiklik gedir. Ona görə çəkini asta-asta, orqanizmi öyrəşdirə-öyrəşdirə atmaq lazımdır. Bədən buna alışmalıdır".

Diyetdən kənara çıxan kimi...

Terapevt bildirdi ki, sürətli çəki itirmək bədənimiz üçün estetik cəhətdən də yaxşı deyil: "Hüceyrələr ac qalanda dəri solğunlaşır. Fikir versəniz, görərsiniz ki, sürətli çəki itirənlərin dəriləri solğun olur. Yavaş-yavaş və düzgün şəkildə arıqlayanlarda bunu görməzsiniz. Çünki sürətli çəki itirəndə bədən faydalı maddələri itirir. Birbaşa çəki itəndə dəridə sallanma və solğunluq yaranır. Çəkini ağılla itirəndə, dəri yavaş-yavaş yığılır".

M.Abbasova qeyd etdi ki, sürətli çəki verən diyeta axtarmamalıyıq: "Fikir vermisinizsə, çox adam sürətli çəki verdirən diyetalar axtarır. Artıq çəkilərindən qısa zamanda qurtulmaq istəyirlər. Arıqlayırlar, ancaq həmin şəxslər diyetadan bir az kənara çıxan kimi həmin çəkidən də artıq çəki yığırlar. Çünki orqanizm sürətli çəki itirəndə hüceyrələrdə aclıq yaranır. Ani bir pəhrizi pozanda, çəkilərini birə beş artırırlar. Onun üçün artıq çəkini sürətli yox, ağılla itirmək lazımdır. Həkim məsləhəti ilə, hər kəsə fərdi yanaşma ilə olmalıdır. Çünki artıq çəkinin səbəbi heç də hər kəsdə eyni deyil".

"Sonra arıqlamanın qarşısını ala bilmirdim"

Sürətli çəki verən Təranə Hüseynova sonra sağlamlıq problemi ilə rastlaşdığını deyir: "Rayonda yaşayırdım, həmişə çəkim qaydasında olub. Sonra evlənib Bakıya köçdüm. Kənddən şəhərə gəldim, istər-istəməz hərəkətlilik azaldı. Yavaş-yavaş çəkim artdı. Bir də ayıldım ki, 55 kiloqramdan 98 kiloqrama çatmışam. Bir dəfə də tanışlardan biri çəkimlə bağlı zarafat etdi, özümü pis hiss etdim. Dedim ki, arıqlayacam. Soyutma qidalar yedim, çörək, yağ, duz, şəkərdən imtina etdim. Üç ay olmamışdı, 20 kiloqram çəki atmışdım. Sonra arıqlamanın qarşısını ala bilmirdim. İştaham olmadı. Mədəm elə hala gəldi ki, yediyimi qusurdum. Qısası, sonradan həkimlərdə qaldım".

Ləman Etibarova sürətli çəki itirdiyini, sonra onu elə sürətli şəkildə də geri qaytardığını bildirdi: "Çəkim çox idi. İdman etməklə və bir çox qidalardan imtina etməklə arıqladım. Arıqlayandan sonra normal həyata döndüm. Yenidən bir ay içərisində Beş kiloqramdan çox çəkim artdı. Üç ay tamam deyildi, 12 kiloqram artıq çəkim oldu. Əvvəlki qədər yemirdim, ancaq çəkim artırdı".

Düzdür, sürətli şəkildə çəki itirib sağlamlığında heç bir problem olmayan nümunələr də ola bilər. Lakin sağlamlığımız elə məsələdir ki, az nümunələrə görə onu riskə atmamalıyıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 943   Tarix: 27 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO

Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, 1956-cı ildə anadan olan aktyor uzun illər sənətə xidmət göstərib. O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrınd

26 aprel
.

Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - SƏBƏB

Son illərdə bir sıra ölkələrdə hərbi xidmət modelinin yenidən nəzərdən keçirilməsi, xidmət müddətinin diferensiallaşdırılması və peşəkar orduya keçid tendensiyası müzakirə mövzusuna çevrilib. Azərbaycanda da bu istiqamətdə ictimai diskussiyalar vaxtaşırı gündəmə gəlir. Xüsusilə ali təhsilli şəxslər üçü

26 aprel
.

Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tarifləri ilə bağlı yeni qərar qəbul edib. Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı sənədə əsasən, interçeync haqları üçün yuxarı hədd təsdiqlənib. Cari ilin iyun ayının 1-dən qüvvəy

26 aprel
.

"Son zəng" tədbirlərində QADAĞA

Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib. xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsind

26 aprel
.

Nazirdən ƏMR: Məktəblər və universitetlər BU TARİXDƏ onlayn rejimə keçir

Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb. Bu barədə -a Elm və Təhsil Nazirliyində

25 aprel
.

Sibiqa: Azərbaycan Ukraynaya avtobuslar verib və 45 milyon dollarlıq yardım edib

Azərbaycan yerli icmaların ehtiyacları üçün humanitar yardım kimi Ukraynaya beş sərnişin avtobusu verib. "Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, 2022-ci ildən bəri Azərbaycan hücumlar şəraitind

26 aprel
.

Azərbaycan-Ukrayna əməkdaşlığı inkişafdadır

Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə, etimada və strateji baxışa əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. İki ölkə arasındakı əlaqələr təkcə siyasi-iqtisadi münasibətlər çərçivəsində deyil, eyni zamanda xalqlar arasında humanitar yaxınlaşma və qarşılıqlı dəstək müstəvisində də inkişa

26 aprel
.

Ağır qəzada ölən baytarın FOTOSU

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Qəza nəticəsində "VAZ"ın sürücüsü, baytar Bakir Quliyev hadisə yerində həyatını itirib. "Qafqazinfo"ya istinadən qəza zamanı ölən baytarın fotosunu təqdim edir:

25 aprel
.

Süd BAHALAŞACAQ

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur. Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətl

26 aprel