Xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaq

Xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaqXalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərlə əlaqədar istintaqın aparılması və onları törətmiş şəxslərin əməllərinə hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkilində və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə və beynəlxalq hüquqa əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Baş Prokurorun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb, 2005-ci il mayın 5-dən öz təşəbbüsü ilə ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilməklə, həmin istintaq-əməliyyat qrupunun fəaliyyəti Hərbi Prokurorluğa tapşırılıb. Bundan sonra erməni silahlı birləşmələrinin üzvləri tərəfindən müxtəlif illərdə törədilmiş eyni xarakterli cinayət faktları ilə bağlı başlanılmış və cinayət törətmiş şəxslərin və ya onların olduqları yerin müəyyənləşdirilməməsi əsası ilə icraatları dayandırılmış hər bir cinayət işi öyrənilib, bir neçə cinayət işinin icraatı yenilənərək vahid icraatda birləşdirilmiş və istintaq aparılıb. Cinayət işinin ibtidai araşdırması əvvəlki illərdən fərqli olaraq cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən daha səmərəli, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb.
Xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaqBu fikirləri AZƏRTAC-a açıqlamasında Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Hərbi prokurorun böyük köməkçisi bildirib ki, istintaq-əməliyyat qrupunun səmərəli fəaliyyəti nəticəsində təqsirləri qanunvericiliklə müəyyən olunmuş qaydada, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq sübuta yetirilmiş müvafiq şəxslərin Cinayət Məcəlləsinin 103 (Soyqırımı), 107 (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (İşgəncə), 115 (Müharibə qanunlarını və adətlərini pozma), 116 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (Qəsdən adam öldürmə), 214 (Terrorçuluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda Baş prokuror, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti və Baş prokurorun müavini- Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin prosessual rəhbərliyi ilə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir. Məlum olduğu kimi, bir müddət əvvəl Meşəli soyqırımı epizodu üzrə axtarışda olan şəxslərdən biri-Xaçaturyan Vaqif Çerkezoviç tutularaq istintaqa təhvil verilib. Yeri gəlmişkən, bu yaxınlarda o, məhkəmə qarşısına çıxarılacaq.
Xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaq"Ballıqaya soyqırımı ilə bağlı onu deyə bilərəm ki, 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan Respublikası tərəfindən işğal edildikdən sonra həmin rayonun sakinləri Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmaq məcburiyyətində qalıblar. Laçın rayon sakinlərinin bir hissəsi də Goranboy rayonunun Ballıqaya kəndinə köçüblər. Həmin ərazidə məskunlaşmış Laçın rayon sakinləri 1992-ci ilin avqustunda düşmənin silahlı hücumuna məruz qalıb, hücum nəticəsində xeyli insan qətlə yetirilmiş bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin faktla əlaqədar Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq ibtidai araşdırma aparılıb. Bir müddət sonra isə cinayət işi üzrə istintaq Hərbi Prokurorluğunda davam etdirilib.

İbtidai araşdırma zamanı iş üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib, o cümlədən şahidlər və zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxslərin hüquqi varisləri dindirilib, müxtəlif ekspertizalar təyin olunmaqla icra edilib, əməliyyat tapşırıqları verilib, aidiyyəti qurumlara müvafiq sorğular göndərilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.

Aparılmış istintaqla müəyyənləşdirilib ki, 1992-ci il avqustun 28-də Goranboy rayonunun dağlıq hissəsində yerləşən Ballıqaya kəndində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlər-dinc sakinlər erməni silahlı dəstəsinin hücumuna məruz qalıb, hücum zamanı səhər saat 5 radələrində 24 günahsız insan xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edilib, 9 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Böyük kədər və təəssüf hissləri ilə vurğulayım ki, qətlə yetirilənlər sırasında qoca, qadın, uşaq və hətta 6 aylıq körpə belə olub. Hazırda həmin faktla əlaqədar müvafiq zəruri tədbirlərin görülməsi davam etdirilir. Əmin ola bilərsiniz ki, xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaq",- deyə Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaqQeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində, o cümlədən dövlətimiz tərəfindən ölkədə və respublikamızdan kənarda görülən nəhəng işlər, həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində tarix boyu xalqımıza qarşı törədilən deportasiyalar, soyqırımlar, terrorlar və digər sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı, Qaradağlı, Ağdaban, Başlıbel, Bağanıs Ayrım, Meşəli, Kərkicahan qətliamları və sair insanlığa sığmayan vəhşiliklərlə törədilmiş cinayətlər, eləcə də Ballıqaya faciəsi barədə tarixi reallıqlar dünya ictimaiyyətinə çatdırılmış və hətta onların bəzilərinə beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunub. Qeyd etmək lazımdır ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən böyük işlər də mühüm əhəmiyyət kəsb etməkdədir. Bu barədə danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həmin istiqamətdəki səmərəli fəaliyyətini, xüsusən də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildən başlayaraq həyata keçirdiyi "Xocalıya ədalət!" kampaniyasını da vurğulamaq lazımdır.
Xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaqXalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaqXalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaqXalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaqXalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1117   Tarix: 28 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

4 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

3 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr