"Cəmiyyət üçün vətəndaş yetişdirərkən həm mənəvi, həm fiziki cəhətdən sağlam olmalıdır"- Təhsil eksperti
İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
"Cəmiyyət üçün vətəndaş yetişdirərkən həm mənəvi, həm fiziki cəhətdən sağlam olmalıdır. Ailələr və övladlar müxtəlifdir və onların ailədə aldığı tərbiyə ilə yanaşı, ilk məktəbəqədər tədris müəssisəsi, sonra orta məktəbdə şəxsiyyət formalaşır. Bu formalaşmada həm məktəbin, həm sinfin, həm ətraf mühItin kifayət qədər təsiri var".
Bu sözləri təhsil eksperti Elçin Süleymanlı Sonxeber.az-a bildirib.
O qeyd edib ki, fiziki və mənəvi inkişafda sistemli yanaşma olmalıdır. Tərbiyə, daha sonra məktəb illərində fiziki tərbiyə deyərkən inkişaf, düzgün qidalanma, idman sağlamlığın əsas təsir göstərən istiqamətlərdən biridir:
"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı prioritet məsələlərdən biridir. Çünki cəmiyyət üçün vətəndaş yetişdirərkən həm mənəvi, həm fiziki cəhətdən sağlam olmalıdır. Ailələr və övladlar müxtəlifdir və onların ailədə aldığı tərbiyə ilə yanaşı, ilk məktəbəqədər tədris müəssisəsi, sonra orta məktəbdə şəxsiyyət formalaşır. Bu formalaşmada həm məktəbin, həm sinfin, həm ətraf mühItin kifayət qədər təsiri var. Fiziki və mənəvi inkişafda sistemli yanaşma olmalıdır. Tərbiyə, daha sonra məktəb illərində fiziki tərbiyə deyərkən inkişaf, düzgün qidalanma, idman sağlamlığın əsas təsir göstərən istiqamətlərdən biridir. Müstəqillikdən sonra gənclərin sağlamlığı ilə əlaqəli kifayət qədər addımlar atılıb. Burda olimpiyada mərkəzləri, müxtəlif klub və dərnəklər var. Mənəvi inkişafda isə məktəbəqədər təhsildən başlayıb daha sonra məktəb təhsilində müxtəlif işlər aparılmalıdır. Ölkənin milli-mənəvi dəyərlərinə hörmət istiqamətində işlər görülməlidir. Xüsusilə 44 günlük müharibədən sonra 30 ildən bəri işğalda olan ərazilərimizin azad olunmasında gənclərimizin rolu danılmazdır. Bu qəhrəmanların irsi şagirdlərə aşılanmalıdır. Şəhid ailələri ziyarət oluna bilər, onların həyat yolu haqqında şagirdlərə məlumat verilməlidir. Məktəbdə müxtəlif tədbirlər keçirilməlidir ki, milli və mənəvi dəyərlər inkişaf etsin. Məktəblər işğaldan azad olmuş ərazilərin bərpası ilə də tanış edilməlidir. Şagirdin şəxsiyyətinin formalaşmasının bir hissəsi evdə və ailədə olur. Ailələrin yanaşması müxtəlifdir, ona görə məktəblərdə standart bir proqram müəyyənləşməlidir. Burda milli-mənəvi inkişaf tədbirlər vasitəsilə olmalıdır. Eyni zamanda məktəblər yay məktəblərinin təşkilində bu istiqamətdə tədbirlərin həyata keçirilməsi müsbət təsir göstərər. Müxtəlif təcrübəli insanlar dəvət olunub onlarla diskussiyalar keçirilməlidir. Tədbirlərin hazırlanmasının şagirdlərə həvalə edilməsi inkişafa müsbət təsir göstərən nüanslardan biridir".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO