"Xonça" şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir

"Xonça" şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirirŞirkətdə çalışan əməkdaşların 80 faizini qadınlar təşkil edir

Azərbaycan şirniyyat sənayesinin aparıcı müəssisələrindən olan "Xonça" Fabriki yeni və müasir avadanlıqları ilə xidmət keyfiyyətini artırır.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan fabrik Qafqazın böyük şirniyyat istehsal məntəqələrindən hesab edilir.

İllik 8 min ton məhsul istehsal edilir

"Xonça" şirniyyat və un məmulatlarının istehsalı, ketrinq xidmətləri üzrə fəaliyyət göstərir. Fabrikin istehsal etdiyi məhsulların siyahısına müxtəlif növ ətirli çörəklər, bulkalar, Şərq və Avropa kulinariyasına məxsus tort və şirniyyatlar, paketli hazır məhsullar daxildir.

Hazırda fabrikdə 200 növdən çox şirniyyat və un məmulatları istehsal olunur.

Müəssisədə il ərzində 8,000 ton məhsul istehsal edilir. Fabrikdə Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada xüsusi təlim keçmiş texnoloqlar və işçi heyəti çalışır.

Qida təhlükəsizliyi prioritetdir

"Xonça" məhsullarını "Araz" və "Spar" supermarketlər şəbəkəsini əhatə edən satış nöqtələrindən əldə etmək mümkündür. "Xonça" hazırda ölkənin böyük korporativ şirkətləri, beş ulduzlu hotelləri müxtəlif məhsullarla təmin edir. Burada həm yerində istehsal və xidmət, həm də termoboks və birnəfərlik qablarda çatdırılma həyata keçirilir. İnqredientlər, onların saxlanma və istifadə şərtləri, istərsə də yeməyin hazırlanması daxili Keyfiyyətə Nəzarət departamenti tərəfindən daimi yoxlanılır və hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim edilir. Şirkət tərtib etdiyi gündəlik menyu baxımından bazarda uyğun və keyfiyyətli ketrinq xidməti təklif edir.

Mayalanmamış donmuş texnologiya

Keyfiyyət və gigiyenanı təmin etmək məqsədi ilə "Xonça" məhsulları marketlər daxilində yalnız mərkəzləşmiş donmuş formada saxlanılır və satılır. Fabrik müasir və yüksək texnologiyalı avadanlıqlarla, həmçinin İsveçrənin Rondo markasına məxsus istehsal xətti, Almaniya istehsalı olan Avropa markaları ilə təmin olunub. Fabrikdə texnoloji baza daim yenilənir və yüksək nəticələr əldə etmək üçün yeni həllər təqdim edilir.

"Mayalanmamış donmuş və yarı bişmiş donmuş texnologiyalardan istifadə edilərək məhsul hazırlanır və mağazalara təqdim edilir. Prosesin bişmə tərəfi mağazada yerində tamamlanaraq müştərilərə hər zaman təzə və isti təqdim olunur",-deyə "Xonça" Fabrikinin rəhbəri Rəhman Ələkbərov qeyd edib.

20 milyondan çox investisiya

"Xonça" istehsalat layihəsinin icrasına 2019-cu ildə 16 milyon manatlıq investisiya qoyulub. Fabrikin günün tələblərinə cavab vermək üçün sürətli və keyfiyyətli çalışmasına yatırılan investisiya həcmi artırılaraq 20 milyona çatıb.

Şirkət əməkdaşlarının 80 faizini qadınlar təşkil edir.

Hazırda fabrikdə 800 nəfər çalışır. Onların 80 faizini qadınlar təşkil edir. Fabrikdə qadınların əmək təhlükəsizliyinin təmin edilməsi və müasir tələblərə cavab verən iş mühitinin yaradılmasına xüsusi diqqət edilir. Qadınların karyerlarında uğurlu olmalarına dəstək üçün müxətlif təlimlər də təşkil edilir.

Un məmulatları sahəsində həm də məktəb rolunu oyanayan "Xonça" Fabriki Bakı Peşə Liseyi ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində liseyin şagirdləri "Xonça" istehsalat sahəsində təcrübə keçir, məzun olduqdan sonra isə burada işləmək imkanı yaradılır.

"Xonça" şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir"Xonça" şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir"Xonça" şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1470   Tarix: 28 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

4 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

3 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr