Kişini iki dəfə ildırım vurdu - FOTO
Çin sakinini beş dəqiqə ərzində iki dəfə ildırım vurub.
Lakin o, sağ qalıb və hətta təcili yardımı da özü çağırıb.
Çinin Szunyi şəhərində yaşayan Lyu Nan adlı kişi evinin yaxınlığında ağ işıq görüb və bundan sonra huşunu itirərək yerə yıxılıb. O, nə baş verdiyini başa düşənə qədər yenidən parlaq işıq görüb və yenə huşunu itirib.
Lakin kişi möcüzəvi şəkildə ayılıb və bu zaman qorxu içində ona baxan ailəsini görüb. O, ildırım vurduğunu anlayıb və dərhal təcili yardım çağırıb. Zərərçəkmiş yerli xəstəxanaya aparılıb. Həkimlər onu iki dəfə ildırım vurduğunu təsdiqləyiblər. Çin sakinində ayaqlar, bel və omba nahiyəsində üçüncü dərəcəli yanıqlar aşkar edilib.
"Həmin an dərhal huşumu itirdim və özümə gələnə qədər bir neçə dəqiqə keçdi. Sonra yenə işıq parıldadı və ildırım artıq mən yerdə uzandığım zaman vurdu. Məni cərəyan vurduğunu bilsəm də, təsəvvür etmirdim ki, ətrafımdakı bütün torpaq da elektrikləşib", - deyə Liu bildirib.
İldırım vurması adətən dəridə ciddi xəsarətlərin yaranmasına səbəb olur ki, Lyu Nan da istisna deyil. Nəticədə o, hələ də yanıq xəsarətləri ilə mübarizə aparır. Onun möcüzəvi şəkildə sağ qalmasından bir ay keçsə də, yanıqları hələ də sağalmayıb. Lakin hazırda vəziyyəti stabildir və həyatda olduğu üçün özünü şanslı hesab edə bilər./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3668 Tarix: 29 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
4 oktyabrABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
4 oktyabrŞimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
4 oktyabrAlmaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"
4 oktyabr"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
4 oktyabr