Dövlət çevrilişinin olduğu Qabonda ölkə sərhədləri açıldı
Qabonda hərbçilər avqustun 30-da dövlət çevrilişindən sonra bağladıqları sərhədləri açdıqlarını elan ediblər.
Bu barədə ölkədə hakimiyyəti tam ələ keçirmiş Keçid və İnstitusional Bərpa Komitəsinin rəsmi nümayəndəsi polkovnik Ulrix Manfumbi Manfumbi milli televiziyada çıxışında bildirib.
"Quru, dəniz və hava sərhədlərinin açılması barədə qərar dərhal qüvvəyə minir. Bu addım bizim qanunun aliliyinə hörmət, qonşularımız və dünyanın bütün dövlətləri ilə yaxşı münasibətləri saxlamaq istəyimizi əks etdirir, həmçinin, bu dövlətin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə qəbul edilib. O, həm də ölkənin beynəlxalq öhdəliklərinə əməl etmək üçün güclü istəyini nümayiş etdirir", - deyə o bəyan edib.
Nəticədə ixrac yükləri ilə hazırda Qabon limanlarında olan 10-dan çox gəmi yenidən dənizə çıxa bilər.
Xatırladaq ki, avqustun 30-da səhər saatlarında Qabonun yüksəkrütbəli hərbçiləri hakimiyyətə gəldiklərini elan ediblər, qiyamçılar arasında Respublika Qvardiyasının, Təhlükəsizlik Xidmətinin, ordunun və polisin nümayəndələri də var. Qiyamçılar avqustun 26-da üçüncü müddətə namizədliyini irəli sürən Əli ben Bonqo Ondimbanın qalib gəldiyi seçkinin nəticələrini də ləğv ediblər. Onlar, həmçinin, prezidentin və ailəsinin ev dustağı olduğunu bildiriblər. Hərbçilər keçid dövrü üçün ölkə başçısını Respublika Qvardiyasının komandanı, general Bris Oliqi Ngemanı təyin ediblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 827 Tarix: 03 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib
3 oktyabr"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
4 oktyabrİranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
4 oktyabrABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
4 oktyabrMinsk Lukaşenko ilə Tramp arasında görüş təşkil etməyə çalışır
Belarus xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının iclası çərçivəsində RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, Minsk Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında görüş ehtimalını nəzərdən keçirir və onun təşkili üçün addımlar atır. xəbə
3 oktyabrTokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla
3 oktyabr