Fidan: Kərkükdə baş verənlərdən narahatıq
Türkmanların yığcam yaşadığı Kərkükün sülh və sabitliyi bütün İraqa təsir edir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında söyləyib.
Fidan Kərkükün etnik və məzhəb tərkibinə görə özgün İraq modeli olduğunu vurğulayıb: "Kərkükdəki sülh və sabitliyin bütün İraqda sülh və sabitliyə birbaşa təsiri var. Biz Kərkükü dinc yanaşı yaşama mədəniyyətinin simvolu kimi görürük".
Fidan əlavə edib ki, İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin rəhbərliyi ilə qurulan hökumət ölkəyə sabitlik gətirib: "Biz onun və hökumətinin infrastrukturun yenidən qurulması və investisiyaların cəlb edilməsi sahəsində göstərdiyi səyləri dəstəkləyirik. Biz bunun İraqın bu günü və gələcəyi üçün nə qədər vacib olduğunu anlayırıq. Belə bir dönəmdə İraqın əsas və təməl ünsürlərindən biri olan türkman soydaşlarımızın vətəni olan Kərkükdə insan ölümünə yol açan gərginliyin yaranmasına kədər və böyük narahatlıqla baxırıq".
Bu cür gərginliyin qarşısının alınmasının zəruriliyi ilə bağlı fikirlərin əvvəllər də İraq hakimiyyətinə bildirildiyini vurğulayan Türkiyə xarici işlər naziri qeyd edib ki,
Ankara Bağdaddan PKK-nın şəhərdə son vaxtlar artan mövcudluğuna son qoymasını tələb edir:
"Kərkük son vaxtlar böyük iztirablara və qırğınlara məruz qalmış qədim şəhərdir. Hesab edirik ki, bu şəhərdə kövrək sosial tarazlığı qorumaq, təmsilçilik və idarəçilik məsələlərində bütün sosial təbəqələrə bərabər səs hüququ vermək lazımdır. Bu baxımdan, biz şəhərdə əhalinin bütün təbəqələrinin bərabər şəkildə təmsil olunmasını və idarəçilikdə iştirakını təmin edərək sizə çoxdan bəlli olan formulun tərəfdarıyıq. Türkman soydaşlarımızın hüquq və mənafelərinin qorunması bizim İraqla bağlı siyasətimizin əsas prinsiplərindən biridir. Biz bundan sonra da türkmanların hüquqlarının siyasi intriqalara mövzu olmasına qarşı çıxacağıq və onları bütün sahələrdə dəstəkləyəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 502 Tarix: 03 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd
4 oktyabrMəşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu
Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a
3 oktyabrŞimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
4 oktyabrRusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
4 oktyabrTokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla
3 oktyabrGöyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi
4 oktyabr