"Azərbaycan mədəniyyət həftəsi" Albaniyada böyük coşqu ilə qarşılandı

"Azərbaycan mədəniyyət həftəsi" Albaniyada böyük coşqu ilə qarşılandı31 avqust - 3 sentyabr tarixlərində Tirana şəhərində Azərbaycanın zəngin mədəniyyəti, kulinariyası və incəsənət inciləri Albaniya ictimaiyətinə təqdim olunub.

Tədbirin ilk günündə Tirana Milli Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərginin açılışı olmuş və Ümummilli liderin şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi ziyarətçilərə təqdim edilmişdir. Həmçinin, Heydər Əliyev Fondunun "Tərəqqinin memarı" adlı fotosərgisi, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından görkəmli rəssamlarımızın əsərləri və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından əsrarəngiz xalçalar nümayiş olunub. Burada ziyarətçilər üçün VR - virtual reallıq qurğuları vasitəsilə Azərbaycanla virtual tanışlıq imkanı yaradılıb.

Eyni gündə Tirana şəhərinin İsgəndərbəy Meydanında Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi altında Kamera Orkestrinin müşayiəti ilə Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Elvin Qəniyev, həmçinin Sədəf Budaqova və İbrahim Babayev ifasında milli musiqimizin inciləri tamaşaçılara təqdim olunub. Albaniya mədəniyyət naziri xanım Elva Margariti, Albaniyada akkreditə olunan xarici ölkə səfirləri və digər rəsmilər konserti izləyənlər arasında yer almışlar.

Növbəti gün "Natiq" ritm qrupu və "Mirvari" rəqs ansamblı rəngarəng proqramla çıxış ediblər. "Qavaldaş", "Qarabağ", "Yanardağ", "Mehriban", "Sarı gəlin" və s. kompozisiyalarını yerli auditoriya böyük coşqu ilə qarşılayıb, rəqslərə qoşulub. Musiqi və rəqslərimizin ecazkar çələngi ilə bərabər səhnədəki monitorda Azərbaycanın tarixi, coğrafiyası, milli xalçalarımız, şəbəkə sənəti, İçərişəhər, Şuşa və Cıdır düzünün görüntüləri izləyicilərin böyük marağına səbəb olub.

Tədbirin son günündə Tirananın Reja The Could pavilyonunda Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş və Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin mərkəzi olan "Hollywood"da rəngli formatda bərpa olunmuş "Arşın mal alan" filmi nümayiş etdirilib.

2 sentyabr tarixində Tirananın İtaliya meydanında Azərbaycanın Respublikası Xalq artisti Ənvər Sadığov və Əməkdar artist Emil Əfrasiyabın rəhbərlik etdiyi Buta qrupunun etno-caz konserti baş tutub. Qrup ənənə və müasirlik arasında körpü yaradaraq, müxtəlif janrlarda sintez xarakterli improvizasiyalar ifa edib.

Azərbaycan mədəniyyət həftəsi çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə İsgəndərbəy meydanında yerli sakinlərə ölkəmizin milli mətbəx nümunələri, milli şirniyyatlarımızdan çələnglər və müxtəlif təbliğat-nəşr materialları təqdim olundu.

Mədəniyyət günləri çərçivəsində Azərbaycan nümayəndə heyəti Albaniyanın mədəniyyət naziri xanım Elva Margariti, Tirana şəhər meri Erion Veliac və Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 818   Tarix: 04 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

4 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

4 oktyabr
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha

4 oktyabr
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışd

3 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

4 oktyabr