Azərbaycanın tanınmış elm xadimi vəfat edib
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, fil.e.d., prof. Fəridə Vəlixanova dünyasını dəyişib.
"Report" xəbər verir ki, tanınmış elm xadimi 88 yaşında vəfat edib.
Fəridə Ağaəli qızı Vəlixanova 1935-ci ilin oktyabrın 21-də Bakı şəhərində anadan olub. Fəridə Vəlixanova orta təhsilini 132 saylı şəhər məktəbində alıb, məktəbi qızıl medalla bitirdikdən sonra 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.
F.Vəlixanova 1958-ci ildə ali təhsilini başa vurub, azərbaycanlı professor Əziz Şərifin rəhbərliyi ilə yazdığı diplom işini uğurla müdafiə edib və universiteti yüksək qiymətlərlə bitirib. Ona Moskvada qalıb işləmək təklif edilsə də, Vətənə qayıdıb, Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda akademik M.A.Dadaşzadənin rəhbərlik etdiyi şöbədə elmi fəaliyyətə başlayıb. İki il sonra o, SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasına daxil olub və 1964-cü ildə görkəmli ədəbiyyatşünas akad. Q.İ.Lomidzenin rəhbərliyi altında "Səməd Vurğun poeziyasının rus dilinə tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. F.Vəlixanova 1977-ci ildə uzun və gərgin bir əməyin nəticəsində ərsəyə gələn "Azərbaycan sovet poeziyası rus dilində" mövzusundakı doktorluq dissertasiyasını müdafiə edir.
1982-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində "Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi" şöbəsi yaradıldı və F.Vəlixanova şöbənin müdiri təyin edildi.
Fəridə Vəlixanovanın elmi-tədqiqatçılıq fəaliyyəti çoxcəhətlidir. O, Moskvada və Bakıda çıxmış "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (M., Nauka, 1963), ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" (B., "Elm", 1968), yeddicildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi" (M., Nauka, 1970), altıcildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitablarında ədəbiyyatımızın beynəlxalq əlaqələrinə aid və s. icmal oçerklərlə həm müəllif, həm də elmi redaktor kimi iştirak edib.
Görkəmli alim AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının üzvü, doktorluq və namizədlik dissertasiyaları üzrə Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının (1967-1982) ictimai əsaslarla elmi katibi, Əlaqələndirmə Şurasının üzvü, Respublika Prezidenti yanında AAK Ekspertlər Şurasının (1993-2013) üzvü, Moskva və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra jurnal və məcmuələrin redaksiya heyətlərinin üzvü olub.
F.Vəlixanovanın Azərbaycan ədəbiyyatşünaslıq elmi sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, o, dəfələrlə Fəxri fərmanlarla mükafatlandırılıb, Əməkdar elm xadimi adına, Prezident təqaüdünə layiq görülüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4598 Tarix: 04 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
2 oktyabrGƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
4 oktyabrErmənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
4 oktyabrOktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabrAzərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrToylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
4 oktyabrYağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrBu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
4 oktyabr