"Paşinyan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamağa məhkumdur" - DEPUTAT

"Paşinyan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamağa məhkumdur" - DEPUTAT"Ermənistanın təxribatları regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışır ".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, son təxribatlar bir daha sübut edir ki, Ermənistan heç vaxt öz xoşu ilə sülh müqaviləsini imzalayacaq:

"Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını daha intensiv və sistemli şəkildə aparmalıdır. Paşinyan mütəmadi olaraq fərqli mövqedən çıxış edərək, açıqlamaları həm xalqını, həm də dünyanı aldatmağa çalşır. Təxrbatlar Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanıması ilə bağlı səsləndirdiyi fikirlərin sözdən ibarət olduğunu bir daha sübut etdi. Bu gün Paşinyan və havadarları sülh danışıqlarını uzadaraq prosesləri öz xeyirlərinə dəyişməyə çalışır. Ermənistan ordusunun silahlanması faktı da dəfələrlə sübut olunub. Hazırda Hindistan silahları İran vasitəsilə Ermənistana çatdırılır. Bu fakt dəfələrlə Azərbaycan mediası tərəfindən ifşa olunub. Ermənistanın demək olar ki, bütün təxribatlarının sifarişçisi Fransadır. Emmanuel Makron Ermənistan-Azərbaycan münasibətlərini daha da gərginləşdirərək sülh müqaviləsinin imzalanmasına maneə olmağa çalışır. Fransa və Ermənistanın digər havadarları bilməlidir ki, Paşinyan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamağa məhkumdur. Sülh müqaviləsindən imtina Ermənistanın bir ölkə kimi xəritədən silinməsi deməkdir ".

Deputat vurğulayıb ki, 3 ilə yaxındır ki, Rusiya sülhməramlılar 10 noyabr bəyənatı ilə üzərlərinə götürdükləri öhdəlikləri icra etmir:

"Erməni hərbi birləşmələri Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə qalmaqdadır. Erməni terrorçularının təxribatlarına görə bütün məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür.Rusiya sülhməramlıları qanunsuz erməni hərbi birləşmələrinin Qarabağa gəlməsinə və onların silahlanmasına şərait yaradır. Yaxşı olar ki, Ermənistan havadarlarının sifarişini icra etməkdənsə öz xoşu ilə sülh müqaviləsini imzalasın. Paşinyan unutmasın ki, 44 günlük Vətən müharibsində Ermənistan ordusunun belini qıran "Dəmir yumruq" yerindədir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8707   Tarix: 05 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021