Abşeron-Xızı Regional Təhsil İdarəsində məktəbli qəbulu biznesə çevrilib?

Abşeron-Xızı Regional Təhsil İdarəsində məktəbli qəbulu biznesə çevrilib?Azərbaycanın absurdlar ölkəsi olduğunu bilməyən yoxdur. Ölkədə nazirliklərdəki məmur tayfasından tutmuş səhiyyə, təhsil sektorundakı rəhbərlərə qədər hər kəsin ağzından bir "avaz" gəldiyini də çox yaxşı bilirik.

Əlbəttə, bu "avaz"dan pul iyi gəlir və respublikada rüşvət artıq üfunət qoxuyur. Lakin hər şeyin də bir həddi, əndazəsi var. Elə qayda və qanunlar var ki, burada artıq normanı keçmək olmaz.

Di gəl ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi və onun tabeliyindəki yerli təhsil şöbələri üçün sərhədlər deyilən anlayış yoxdur. Sanki "Nuh" deyir, "peyğəmbər" demirlər.

Söhbət 1-ci sinifə qədəm qoyacaq Babaxanov Əlixan Babaxan oğlunun ağılasığmaz şəkildə təhsildən məhrum edilməsindən gedir. Anaxeber.info-ya müraciət edən ailənin sözlərinə görə, övladları Əlixan bu il sentyabrın 15-dən həmyaşıdları olan hamı kimi məktəbə getməlidir. Onlar Sumqayıtın 1-ci mikrorayon, Sülh küçəsi 3 ünvanındakı 4-cü komissiyadan narazıdırlar. Babaxanovlar ailəsi Xırdalanın Mehdi Hüseynzadə küçəsi, məhəllə 31, ev 59, mənzil 94 ünvanında yaşayır. Valideynləri Əlixanın rusdilli olduğunu, Azərbaycan dilində demək olar ki, bilmədiyini söyləyirlər.

Tragikomediya isə ondan ibarətdir ki, rus dilində necə deyərlər "çırtlayan" Əlixanı Abşeron rayonunda rus bölməsinə qəbul etmirlər. Buna gülünc səbəb kimi onun qabiliyyət imtahanından keçməməsi göstərilib.

Görün nə dərəcədə biabırçı vəziyyətdir ki, Abşeron Təhsil İdarəsi Azərbaycan dilində başa düşməyən və yalnız rusca danışan Əlixanı qabiliyyət imtahanından "keçmədiyi" üçün rus sektoru olan məktəbə qəbul etmir.

Bunun nə dərəcə özbaşına, qanunsuz hərəkət olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki bir cümlə ilə ifadə etmək olar – Azərbaycanda orta təhsil icbaridir.
Yəni hər bir 6 yaşına çatmış uşaq məktəbə getməli və təhsil almalıdır. Hətta qabiliyyət imtahanında uğurlu olmayan uşaq da şagird adını qazanmağı haqq edir, bu ixtiyarı onun əlindən heç kəs ala bilməz.

Ölkə qanunvericiliyi, "Təhsil haqqında" qanun var və Abşeron ŞTİ rəhbərliyi həmin qanunların üzünü açıb oxusa, başa düşər ki, Əlixanı məktəbdən məhrum etmək cinayətdir. Bu təhsil idarəsinə İlhamə Abdullayeva rəhbərlik edir. O, ötən ilin aprelində vəzifəyə təyin olunub.

Lakin bir il kifayət edib ki, onun təhsil sisteminin, idarəetmə "fəlsəfəsi"nin nədən ibarət olduğunu anlayasan. İlhamə xanım Abdullayeva Abşeron rayon məktəblərində elə bir gestapo rejimi yaradıb ki, ancaq "fitri-istedadı" olanlar şagird adını qazana bilərlər.

Əlixanın ailəsi isə deyir ki, onlar Elm və Təhsil Nazirliyindən, Prezident İlham Əliyevdən, I Vitse-Prezident Mehriban Əliyevadan üzləşdikləri problemin həllinə dair diqqət gözləyirlər.

"Bizim uşağımız rus dilində əla bilir. Əlixan rus sektorunda oxumayacaq, bəs kim oxuyacaq? Hazır kadrdır, ona rus dilini sıfırdan öyrətməyə ehtiyac yoxdur. Amma uşağı məktəbə qoya bilmirik. Artıq dərslərin başlanmasına iki həftə qalıb və bizə heç bir köməklik göstərilmir.

Uşağın qabiliyyət imtahanından hətta keçməməsi də onu təhsil almaq hüququndan məhrum edə bilməz. Bu uşaq Azərbaycan dilində bilmir, bəs Azərbaycan sektorunda necə oxusun?" - deyə şikayətçi valideynlər qeyd edirlər. Onlar Abşeron təhsil idarəsi rəhbərliyindən bu məsələyə reaksiya verilməsini xahiş edirlər.

Mənbə: Anaxeber.info


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1257   Tarix: 05 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 10 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyində Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərarında dəyişiklik layihəsi daxil olmaqla ümumilikdə, 10 məsələ var. İclasa spiker Sahibə Qafarov

24 fevral
.

Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır

Təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq, 23 fevral saat 23:00-dan 25 fevral saat 20:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

23 fevral
.

Sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. "Report"un məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub. Qeyd edək ki, 2025-c

23 fevral
.

Hər gün işə gecikənlərin nəzərinə - Maaşınızın yarısı tutula bilər

Azərbaycan qanunvericiliyində işçinin işə gecikməsi zamanı görülüən intizam tədbirləri öz əksini tapıb. Trend-in məlumatına görə, işə gecikmək qanunvericilikdə əmək və icra intizamının pozulması kimi təsbit edilib. Belə ki, əmək və icra intizamının möhkəmləndirilməsi üçün tədbirlər üzrə tərəflərin qarşılıql

24 fevral
.

KOBİA və AZPROMO yenidən təşkil olunur - FƏRMAN

Prezident İlham Əliyev Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyya

24 fevral
.

"Kimsə reytinq qazanıb, yüksək məbləğdə pul qazanacaqsa, buna xalq nə etməlidir?" - AÇIQLAMA

Son illər televiziya və onlayn platformalarda yayımlanan bəzi proqramlar cəmiyyətdə ciddi narazılıq doğurur. Tamaşaçıların bir qismi efirə çıxan aparıcıların peşəkar hazırlıq səviyyəsini, dil və üslub problemlərini, eləcə də etik çərçivələrin pozulmasını tənqid edir. Xüsusilə reytinq naminə qalmaqall

24 fevral
.

Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənddən Çinə getmək asan deyil"

Dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə illik təxminən 82 min ABŞ dolları dəyərində təhsil paketindən 72 min dollar təqaüd qazanan ilk azərbaycanlı - Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova -la təəssüratını bölüşüb. Nilufər Şükürova bildiri

24 fevral
.

Zərdabda şəhid atası vəfat etdi - Foto

Şəhid Fərid Rüstəmovun atası Nofəl Rüstəmov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhid atası bu gün səhər yaşadığı Zərdab rayonunun Gəndəbil kəndində dünyasını dəyişib. Mərhum kənd qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, 1993-cü il təvəllüdlü Fərid Rüstəmov DSX-nin kiçik giziri kim

24 fevral
.

Süni intellekt və rəqəmsal texnologiyaların gündəlik həyata daxil olması insan psixologiyasına necə təsir edir? - AÇIQLAMA

Son illərdə süni intellekt əsaslı tətbiqlər və rəqəmsal texnologiyalar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İş mühiti, təhsil, ünsiyyət formaları və hətta qərarvermə prosesləri belə texnoloji alətlərin təsiri altındadır. Bu dəyişikliklər yalnız həyat tərzini deyil, insanın düşünmə, diqqət toplam

23 fevral