"Ermənistanın yeni hərbi təxribatları göstərir ki, artıq bölgədə konkret və həlledici məcburetmə tədbirlərinin zamanı çatıb" - ŞƏRH
"Ermənistanın yeni hərbi təxribatları göstərir ki, artıq bölgədə konkret və həlledici məcburetmə tədbirlərinin zamanı çatıb.
Görünən odur ki, qalib Azərbaycanın ardıcıl sülh ritorikası, əməkdaşlıq çağırışları İrəvanda lazımınca qiymətləndirilmir, yaxud fərqli anlaşılır. Deməli, Ermənistanla yenidən onların anladığı dillə, dəmir yumruqla danışmağa ehtiyac var".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Behruz Məhərrəmov deyib.
O bildirib ki, İrəvanı yenidən əzmək bizim qisas arzumuzdan doğmur, möhtərəm Prezidentin ifadə etdiyi kimi, biz qisasımızı 44 günlük savaşda almışıq.
"Bu mənada, əzilməyi Ermənistan özü arzulayır və ardıcıl təxribatları ilə Bakını da hərbi əməliyyatlara təşviq edir. Təbii ki, əgər bu təxribatlar əsgərimizin yaralanması ilə müşahidə olunursa, təhlükəsizliyimiz təhdid edilirsə, cəza tədbirləri labüdləşir. Bildiyiniz kimi, ötən gün iki əsgərimizin yaralanması ilə nəticələnən hücumların təşkil edildiyi Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların səyyar yerüstü idarəetmə stansiyası artıq bu gün məhv edilib, eləcə də cavab tədbirləri ilə xeyli sayda ölən və yaralanan erməni hərbçilər var. Amma bu hələ son deyil. Bu il iyunun 23-də Prezident İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrindən birinə baş çəkərkən Ermənistanla şərti sərhəd boyunca bütün əlverişli mövqelərdə möhkəmləndiyimizi, yüksəkliklərdə olmağımızın bizə strateji üstünlük təmin etdiyini, Ordumuzu isə böyük dərəcədə gücləndirdiyimizi bəyan etmişdi. Möhtərəm Prezidentin dediyi kimi, "Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır".
Əgər Ermənistan bu təxribatlara "humanitar fəlakət" şousunun tərkib hissəsi kimi, özünə diqqət cəlb etmək vasitəsi kimi baxırsa, yanılır. Azərbaycanın İrəvanın bu cür ləyaqətsiz davranışları fonunda subyektiv niyyəti araşdırmağa nə vaxtı, nə də həvəsi var. Azərbaycana doğru açılan hər gülləyə görə İrəvan məsuliyyət daşıyır və cəzasını alacaq. İrəvanın ümid etdiyi havadarlarının dəstəyinə gəlincə, cənab İlham Əliyevin avqustun 26-da Laçında, Həkəri çayının sahilindən bəyan etdiyi kimi, "heç kim bizim iradəmizə təsir edə bilməz".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO