FHN-nin sabiq polkovniki ilə bağlı YENİ XƏBƏR

FHN-nin sabiq polkovniki ilə bağlı YENİ XƏBƏRBakı Apellyasiya Məhkəməsində Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Sonxeber.az pravda.az-a istinadən xəbər verir ki, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təyin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib. Hökmdən həm polkovnik, həm də zərərçəkmiş qadın apellyasiya şikayəti verib. Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir.

Z.Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4751   Tarix: 06 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qədir Xəlilova yeni vəzifə verildi

Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub. Qaynarinfo xəbər verir ki, bu vəzifəyə hüquq elmləri üzrə fəlsəfə doktoru, dövlət idarəçiliyi sahəsində uzunmüddətli təcrübəyə malik Qədir Xəlilov təyin edilib. Qədir Xəlilov 2019-2023-cü illərd

28 aprel
.

Məktəblərdə rus sektoruna qəbul qaydası dəyişdi

Xəbər verdiyimiz kimi, növbəti tədris ilindən etibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibə qaydası təsdiqlənib. Trend-in əldə etdiyi məlumata əsasən, I sinfə qəbul üzrə müsahibələr ildə 1 (bir) dəfə olmaqla cari ilin may-iyun aylarında, II-XI siniflər üzrə müsahibələ

28 aprel
.

Küləyə görə bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, Mərkəzi

27 aprel
.

Evinin həyətində cərəyan vurub öldürdü

Ağstafada ölümlə nəticələnən hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, aprelin 26-sı rayonun Aşağı Kəsəmən kəndində yaşayan 2010-cu il təvəllüdlü Hüseynov Nəsir Ayaz oğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq olan hissəsinə əlini vurarkən cərəyan vurması nəticəsində ölüb. Faktl

27 aprel
.

Milli Qəhrəmanın gəlini onun adını daşıyan nəvəsinin fotosunu paylaşdı

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin gəlini Ülkər Mirzəyeva həyat yoldaşı və körpəsi ilə birgə foto paylaşıb. xəbər verir ki, o, paylaşımına: "Sizsiz bir anım, bir günüm olmasın", -deyə şərh verib. Qeyd edək ki, Elvin Mirzəyev bu ilin yanvarında dünyaya gələn övladın

27 aprel
.

Pentaqon rəsmisi tanışlıq saytında dövlət sirlərini yaydığına görə işdən qovuldu

Pentaqonun radiasiya-kimyəvi təhlükəsizlik üzrə rəhbəri Endryu Haqq vəzifəsindən kənarlaşdırılıb. "CBS News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset mətbuat konfransında söyləyib. Nazir Endryu Haqq vəzifəsindən kənarlaşma səbəbinin onun tanışlıq tətbiqind

27 aprel
.

İran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi özünün "Telegram" kanalında İranla Oman arasında mövcud olan dostluq münasibətləri çərçivəsində aparılan danışıqlarda Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin təhlükəsizliyi məsələsi diqqət mərkəzində olduğunu qeyd edib. xəbər verir ki, Abbas Əraqç

27 aprel
.

Şakiranın konsertinə hazırlıq zamanı bir nəfər ölüb

Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konsertinə hazırlıq zamanı faciə baş verib. xarici mediaya istinadən xəbər verir ki, konsert üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib. Dövlət yanğınsöndürmə xidmətinin yaydığı məlumatda bildirili

27 aprel
.

Nəsli kəsilmək təhlükəsi altında olan oranqutana elektron siqaret verən məşhur boksçu tənqid atəşinə tutulub - VİDEO

Rusiyalı boksçu Anastasiya Luçkinanın Krımda yerləşən "Taigan Safari Park"da oranqutana elektron siqaret tüstüsü verdiyi görüntülər ictimaiyyətin sərt reaksiyasına səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, sosial media üçün çəkildiyi bildirilən videodan sonra idmançı həm klubunda

28 aprel