"Qutudaki uşaq": İllərdir açılmamış cinayətin sirri

"Qutudaki uşaq": İllərdir açılmamış cinayətin sirri1957-ci ilin qış ayları idi. Hər şey ABŞ-ın Filadelfiya şəhərində başladı. Meşəlik ərazidə siçan tələləri quran şəxs karton qutu tapıb. Tapdığı qutuda 4-5 yaşlı uşaq meyiti var. Uşaq tamamilə çılpaqdır və yorğana bürülüb. Adam bu barədə polisə məlumat verməkdən qorxurdu, çünki dövlət qaydaları ondatra ovlamağı qadağan edir. Kişi buna görə cəzalandırılacağını düşündüyü üçün xəbər vermək istəməyib. Hadisədən bir neçə gün sonra eyni yerdə yatan karton qutu bu dəfə gənc kollec tələbəsi tərəfindən görülüb. İşə qarışmaqdan, başına bəla gəlməyindən qorxan gənc əvvəlcə polisə xəbər verməsə də, ertəsi gün dözə bilməyib və polisə zəng edərək vəziyyəti izah edib. Xəbər verildikdən sonra polis hadisə yerinə gedib və kiçik uşağın meyitini aşkarlayıb.

Çılpaq və ağır bədən xəsarətləri alan oğlan uşağının çəkisi 15 kilo belə yox idi . Müayinələrdən sonra uşağın çənəsində dərin çapıq və bədəninin müxtəlif yerlərində qançırlar aşkar edilib. Həmçinin qutuda uşağa məxsus kəsilmiş saç parçaları aşkar edilib. Ekspertizanın nəticələri göstərib ki, bu saç uşaq öldürüldükdən sonra kəsilib. Uşağın içində olduğu qutuda aşkarlanan barmaq izləri araşdırılıb. Qatilin bu yolla asanlıqla tapılacağı düşünülsə də, ekspertizadan heç bir nəticə çıxarılmayıb. Barmaq izləri indiyə qədər polis hesabatlarında qeyd olunan heç kəslə uyğun gəlmir. Daha maraqlısı odur ki, uşağın barmaq izi yoxlanılanda heç bir nəticə əldə olunmayıb. Uşağın kim olduğunu, haradan gəldiyini və ailəsini müəyyən etmək mümkün olmayıb. Qatil oğlanın cəsədini ağartıcı ilə yuduğundan, ipucu sayıla biləcək heç nə tapılmayıb. Polis oğlanın döyülərək öldürüldüyü qənaətinə gəldi. Uşağın fotoşəkilləri şəhərin hər yerindən asıldı. Onilliklər ərzində polis, detektivlər, həkimlər və DNT mütəxəssisləri ictimaiyyətdən gələn yüzlərlə hesabata və məsləhətlərə əməl edərək bir nəticəyə gəlməyə çalışdılar. Bu iş həm də özəl detektivləri və könüllü həvəskarları cəlb etdi. Bunlardan Vidoq Cəmiyyəti adlı bir qrup keçirdiyi mətbuat konfransında polisə yaratdıqları görə təşəkkür etdi. Ancaq illər keçdikcə detektivlər minlərlə ipucunu izlədi və heç bir qənaətə gələ bilmədi. Uşağın meyidi məzar daşının üzərində "Amerikanın naməlum Uşağı" yazısı ilə basdırılıb. Filadelfiya polis rəisi Danielle Outlow oğlanın kimliyini açıqladığı mətbuat konfransında deyib: "Heç kim azyaşlının adının və həyat hekayəsinin məlum olması üçün bu qədər uzun müddət gözləməməlidir".

Lakin təxminən 60 il sonra bir hadisə baş verdi. ABŞ-ın Filadelfiya şəhərində cəsədi qutuda tapılan oğlanın kimliyi nəhayət DNT analizi sayəsində məlum oldu. Onilliklər ərzində "qutudakı oğlan" kimi tanınan qurbanın adı Cozef Augustus Zarelli olaraq təyin edildi. Polis həm DNT texnologiyası, həm də yaxşı dedektiv işi sayəsində şəhərin ən qədim açılmamış qətlinin qurbanı olan oğlanın kimliyini nəhayət tapdıqlarını mətbuat təşkil etdikləri konfransında açıqladılar. Polislər açıqlama zamanı bildirdilər ki, bu qətlin sirri onilliklər ərzində ictimaiyyətin yaddaşından silinməyib. Cinayət işinin hələ də açıq olduğunu və istintaqın davam etdiyini deyən polis rəsmiləri şəxsiyyəti üzə çıxan azyaşlı ilə bağlı naməlum təfərrüatları tamamlamaq üçün ictimaiyyətdən kömək istəyib. Əslində polis daha əvvəl də oğlanın qalıqlarını DNT testi üçün göndərib. Lakin, nümunələr yetərli olmadığı üçün üçün nəticə alınmadı. Daha sonra məhkəmə-tibb eksperti eyni DNT nümunəsindən istifadə edərək oğlanın qohumlarını müəyyən edə bilib. Bu zaman polis müfəttişləri doğum və övladlığa götürmə qeydlərini araşdıraraq, bu şəxslərlə qutuda cəsədi tapılan oğlan arasında əlaqəni tapıblar.

Uşağın kim olduğu və qətl illərində başına gələnlərlə bağlı müxtəlif nəzəriyyələr irəli sürülüb. Bu nəzəriyyələrdən ən tanış və inandırıcısı odur ki, uşaq əslində meşə sahəsinə çox yaxın olan qocalar evində yaşayıb. Polislər qocalar evində apardıqları araşdırmalar nəticəsində uşağın içində olduğu qutuda satılan körpə beşiyi ilə eyni markalı beşik tapıblar. Polisin tapdığı digər sübut isə bu qocalar evində uşağın bükdüyü yorğana oxşayan adyalların da tapılmasıdır. Tədqiqatçılar qutudakı uşağın qocalar evi sahibinin ögey qızına məxsus qeyri-qanuni uşaq ola biləcəyindən şübhələnirdilər. Dahibinin nikahdankənar doğulan nəvəsindən qurtulmaq istəyəcəyi vurğulanıb. Ancaq bu nəzəriyyə heç vaxt sübuta yetirilməyib. Bu gün də hadisənin üzərindəki tozlu sirr pərdəsi qaldırılmayıb. Bu vəhşi qətli törədən nə uşaq, nə də kimlər məlum deyil.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3537   Tarix: 06 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

4 oktyabr
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

3 oktyabr
.

Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video

"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki

3 oktyabr
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

3 oktyabr
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

4 oktyabr
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

4 oktyabr
.

Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla

3 oktyabr
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

4 oktyabr
.

Eritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi

Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə

4 oktyabr