Şikayətçi: "Bakıda 75 manata aldığım dərman Türkiyədə 15 manatdır" - VİDEO
Türkiyədən gətirilən dərmanlar Azərbaycanla müqayisədə kifayət qədər ucuz satılır. Məsələn, şəkər xəstələri üçün nəzərdə tutulan preparat ölkəmizdə 75 manatdırsa, Türkiyədə bu dərman 15 manata satılır.
İqtisadçı ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, qiymət fərqi belə böyükdürsə, burada inhisarçılıq var:
"Qiyməti bazar müəyyən edirsə, istənilən sahibkar gedib onu Türkiyədən və yaxud başqa ölkədən alıb daha ucuz qiymətə sata bilərdi. Vətəndaşlara tövsiyəm odur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qiymətin niyə belə baha olması barədə şikayət etsinlər".
Onu da bildirək ki, Türkiyənin dərman şirkətlərinin saytlarında da bu qiymət təqribən 200 - 300 tl, yəni 15-20 manat aralığında qeyd edilib.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə isə məhz belə hallarla bağlı qanuna edilən dəyişikliklər bir müddət sonra öz müsbət təsirini göstərəcək.
Qeyd edək ki, sözügedən preparat Tarif Şurasının qeydiyyata alınan dərman vasitələri siyahısında da yer alıb, qiyməti isə 75 manat 66 qəpik göstərilib.
Ətraflı Baku TV-nin süjetində:
Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3347 Tarix: 06 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır. Məsələ ilə bağlı -a açıqlama verən sosioloq Elçin Bayraml
26 aprelBakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlı
26 aprelÇoxmərtəbəli binalarda kombi dövrü bitir? - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnı
26 aprelBu şəxslərə 2750 manat VERİLƏCƏK - SƏRƏNCAM
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununl
25 aprelSabah 24 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər mülayi
25 aprelBakıda fəhlə hündürlükdən yıxılaraq öldü
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. "Report" xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı
25 aprel