Şahin Bağırov Səfər Mehdiyevin yolunu gedir? - Gömrükdə 20 gündə 4 HƏBS

Şahin Bağırov Səfər Mehdiyevin yolunu gedir? - Gömrükdə 20 gündə 4 HƏBSSəfər Mehdiyev 2022-ci il iyul ayının 16-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad ediləndən sonra bu qurumda islahatların aparılacağına dair ümidlər yarandı. Rüşvət və korrupsiyanın girdabında boğulan gömrük orqanlarına rəhbərlik edəcək şəxsin müəyyənləşməsi təxminən 7 ay çəkdi.

S.Mehdiyev 2022-ci ilin iyulunda postu ilə vidalaşandan sonra onun vəzifəsinin icrası birinci müavini Şahin Bağırova həvalə olunmuşdu. İş adamları və iqtisadçılar Ş.Bağırovun DGK sədrinin səlahiyyətlərini icra etdiyi zaman kəsiyini "qızıl dövr" adlandırırlar. Həmin müddət gömrükdə şəffaflığın maksimum təmin olunduğu, iş adamlarına münasibətdə ayrı-seçkiliyə yol verilmədiyi, rüşvət və korrupsiyaya qarşı müharibə elan edildiyi dövr kimi yadda qalıb.

Qeyd edək ki, Ş.Bağırovun bu fəaliyyəti həmin vaxt təqdirlə qarşılanmışdı. Müşahidəçilər Ş.Bağırovun 14 fevral 2023-cü ildə DGK sədri təyin edilməsi ilə bağlı sərəncamın arxasında da 7 aylıq fəaliyyətinin dayandığını iddia edirlər.

Hadisələrin inkişafı gömrükdəki islahatların yarımçıq qaldığını göstərdi. Gözlənilənin əksinə olaraq, Ş.Bağırov DGK sədri postuna təyinat alandan sonra sələfinin yolu ilə getməyə başladı. S.Mehdiyevin dövründən qalan pis ənənələr tezliklə "dirçəldi", gömrük orqanları əvvəlki "rejim"də işləməyə başladı. İndi iş adamlarının narazılıq dolu bəyanatlarını tez-tez eşitmək mümkündür. DGK-nın ayrı-ayrı məsul şəxsləri ilə bağlı irəli sürülən ittihamlar isə araşdırılmır, yol verilmiş qanunsuzluqlarla bağlı ciddi tədbirlər görülmür. Son vaxtlar gömrük orqanlarının fəaliyyəti ilə bağlı narazılıq kütləvi xarakter almağa başlayıb.

DGK-nın ayrı-ayrı vəzifəli şəxslərinin iş prosesində yol verdikləri özbaşınalıqlar artıq hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib. Təsadüfi deyil ki, son 20 gündə hüquq-mühafizə orqanları tərəfindən DGK-nın müxtəlif strukturlarında 4 dəfə əməliyyat keçirilib.

Aldığımız məlumata görə, rəhbərlik etdiyi dövlət qurumunda baş verən özbaşınalıqlar DGK sədri Ş. Bağırovun karyerası üçün ciddi problemlər yaradıb. Hüquq-mühafizə orqanları öz fəaliyyətlərində qanunsuzluqlara yol vermiş ayrı-ayrı DGK rəsmiləri ilə yanaşı, Ş.Bağırovun özünü də nəzarətə götürüblər. DGK sədrinin fəaliyyəti hərtərəfli araşdırılır, işdə yol verdiyi nöqsanlarla bağlı müvafiq hesabatlar hazırlanır.

DGK ətrafında cərəyan edən hadisələrin sədrin karyerası üçün fəsadsız ötüşməyəcəyi bildirilir. Rəhbərlik etdiyi qurumda islahatların aparılmasına həvəs göstərməyən Ş.Bağırovun özünün hakimiyyətin başlatdığı "islahat dalğası"nın qurbanına çevriləcəyi iddia olunur./Yenisabah


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1540   Tarix: 07 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz

3 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr
.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

3 oktyabr