"Təxribatlar davam edərsə Azərbaycan Ordusunun növbəti dəfə anti-terror əməliyyatı keçirməsi qaçılmaz olacaq" - DEPUTAT
Sentyabrın 7-si saat 10:05-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Xatırladaq ki, sentyabrın 7-si saat 07:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Eyni təxribat cəhdləri əvvəlki günlərdə Laçında və Xocavənddə də qeydə alınıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Ermənistan son təxribatları bir daha terrorçu dövlət olduğunu bir daha sübut etdi:
"3 ilə yaxındır ki, nə Ermənistan, nə də Rusiya sülhməramlıları üçtərəfli bəyanatla üzərlərinə götürdüyü öhəliyi icra etmir. Hazırda Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır. Xəbər saytlarında və sosial şəbəkələrdə yayılan görüntülərdə açıq-aşkar görünür ki, terrorçuların Qarabağda rahat hərəkət etməsinə və silahlanmasına şərait yaradır. Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrini Qarabağdan çıxarmaq əvəzinə onların Qarabağda rahat hərəkət etməsinə kömək edirlər. Bu gün separatçıların Azərbaycana qarşı təxribatlarında Rusiya sülhməramlıları da böyük rol oynayır ".
Deputat vurğulayıb ki, Ermənistan təxribatları ilə regionda vəziyyəti yenidən gərginləşdirməklə sülh sülh prosesini ləngitməyə çalışırlar:
"Təxribatlar davam edərsə Azərbaycan Qarabağda yenidən antiterror əməliyyatlarına başlaya bilər. Əslində son günlər törətdilən təxribatlar onu deməyə əsas verir ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasından boyun qaçırmağa çalışır. Ermənistan heç vaxt verdiyi sözü və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bu dəfə də danışıqlar prosesini pozan tərəf Ermənistandır. Təxribatlar davam edərsə Azərbaycan Ordusunun növbəti dəfə anti-terror əməliyyatı keçirməsi qaçılmaz olacaq. Biz 3 il ərzində sülh üçün çalışsaq da Ermənistan və onun havadarları tərəfindən sülh prosesinə süni əngəllər yaradılır. Biz təxribatlara və qanunsuz silah daşınmasına göz yuma bilmərik. 3 il ərzində sülh üçün çalışsaq da, Ermənistan öz məkirli və barbar əməllərindən əl çəkmək istəmir. Ermənistanın təxribatları davam edərsə biz yenidən güc yolu ilə cavab verməli olacağıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR
XƏBƏRDARLIQ! Bu tarixdən havanın temperaturu KƏSKİN DƏYİŞƏCƏK
Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
Azərbaycanda internet BAHALAŞDI - YENİ QİYMƏT
Su qiymətinə alırdıq, indi 100 MANATA SATILIR - VİDEO
Azərbaycanda 12 uşağa görün nə adı qoyulub?
Evdən çıxmazdan əvvəl eyvana PLASTİK BUTULKA BAĞLAYIN
Azərbaycanın əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
İşıq pulunu tam ödəyənlərə niyə yenidən məbləğ yazılır? - SƏBƏBİ BƏLLİ OLDU
XƏBƏRDARLIQ! Bakıda güclü külək əsəcək, yağış yağacaq - BU TARİXDƏ
Yağışların müharibə ilə əlaqəsi varmı? - Alimlər nöqtəni qoydular
Mayın qeyri-iş günləri AÇIQLANDI - DƏYİŞİKLİK VAR
Nazirdən ƏMR: Məktəblər və universitetlər BU TARİXDƏ onlayn rejimə keçir
Dollar saxlayanlara şad XƏBƏR
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA