Özü və övladı xəstə olan ana fəryad edir: "Dəstəyə ehtiyacımız var" - FOTO
13 yaşlı Əlinail və anası Nəcibə Əliyevanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a Nəcibə Əliyeva özü məlumat verib.
O bildirib ki, övladı 6 ildir şəkərli diabet, 3 ildir nadir xəstəlik sayılan Vilson (qaraciyərin Kupfer hüceyrələrində maddələr mübadiləsinin - mis ionlarının mübadiləsinin pozulması ilə gedən autosomal-resessiv irsi xəstəlikdir) xəstəliyindən əziyyət çəkir.
"Mən özüm illərdir şəkər xəstəliyindən əziyyət çəkirəm. Buna görə bir ayağım amputasiya olunub, gözlərim isə görmür. Kiçik oğlum Əlinail isə 7 yaşından şəkərli diabet, 10 yaşından isə Vilson xəstəliyindən əziyyət çəkir. Mənim vəziyyətimə görə nə işləyə, nə uşaqlarımın ehtiyatlarını qarşılaya bilmirəm. Bizə böyük oğlum Namazəli baxır".
Nəcibə Əliyeva övladının və özünün müalicəyə ehtiyacı olduğunu bildirib.
"Mən əlilliyimə görə, övladım isə atasız olduğu üçün pensiya alır. Amma inanın o pulla nə dərmanlarımızı, nə qidamızı çatdıra bilirik. Evimiz çox köhnə və şəraitsiz idi. Yardımsevər bir xanım bizə dəstək olub evimizi təmir etdirdi, yoldaşım isə vəfat edib. Bizim aylıq müalicə və dərmanlarımız üçün 1 000-1 200 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını bir ana kimi xahiş edirəm".
Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb və valideynə Xidmətlər Zərfi çərçivəsində TƏBİB tabeli tibb müəssisələrinə müraciət edib təyin olunan müayinələrdən ödənişsiz əsaslarla yararlana biləcəyi barədə məlumat verilib. Lakin valideyn təkidlə "Olimp hospital"da müayinə olunmaq istədiyini və müalicə həkiminin başqa tibb müəssisələrinin müayinə nəticələrini qəbul etmədiyini bildirib. Həmçinin valideynə ambulator müalicə üçün dərman preparatlarının Xidmətlər Zərfində təminata alınmadığı barədə məlumat verilib.
Ailə ilə əlaqə: (050) 388-78-94








Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1164 Tarix: 07 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
4 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabrYeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz
3 oktyabrŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
4 oktyabrBu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrAzərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
3 oktyabr"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
3 oktyabr