Rektor 250 min rüşvət verib, yerinə gəlmək istəyən professoru işdən çıxarıdı - Özü nazir müavini gedəcəkmiş

Rektor 250 min rüşvət verib, yerinə gəlmək istəyən professoru işdən çıxarıdı - Özü nazir müavini gedəcəkmişSəhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Ümumi Cərrahiyyə-2" kafedrasının müdiri, professor Əliyev Şahin Həşim oğlu vəzifəsindən azad edilib.

Sonxeber.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, institutun rektoru Nazim Qasımov bu barədə əmr imzalayıb.

Şahin Əliyevin vəzifəsindən çıxarılmasının səbəbi qalmaqallı məhkəmə işi ilə bağlıdır. Belə ki, həkim Şahin Əliyev Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbə (Səbuhi Vaqifoğlu) 250 min min manat pul verərək, onu institun rektoru vəzifəsinə təyin etdirməsini istəyib.

Şahin Əliyev məhkəmə ifadəsində bildirib ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda cərrahiyyə kafedrasında professor vəzifəsində işləyir. 2018-ci ilin aprel ayının əvvəllərində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Abbas Vəlibəyov vəfat edib və hər şey bundan sonra baş verib. Nazir müavinin vəzfatından sonra institun rektoru Qasımov Nazim Akif oğlu səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmalı imiş.

Şahin Əliyev rektorun yerinə təyin olunmaq üçün yüksək vəzifəli məmurlarla tanışlıq yarada biləcək adam axtarmağa başlayıb və bu barədə yaxın bildiyi insanlara məlumat verib. Bu insanlardan biri də ödənişli ekstrasens xidmətlərindən bir neçə dəfə istifadə etdiyi Mehriban adlı qadın olub.

O, Mehriban adlı qadına xidmətləri ilə bağlı çoxlu imkanlı və vəzifəli şəxslərin müraciət etdiklərini bilib. Buna görə Mehribanlaa öz istədiyi iş barədə danışıb. Mehriban ona vəzifəyə təyin olunmağını təşkil etmək üçün yüksək vəzifəli məmurlarla vasitəçilik edə biləcək Səbuhi Rəcəb adlı şəxsi tanıdığını bildirib. Bundan bir neçə gün sonra Mehriban ona deyib ki, "tanıdığım adam var və onu 250.000 manata sənin rektor vəzifəsinə təyin olunmağına kömək edəcək". Şahin Əliyev Mehribanla razılaşıb.

Həkim bundan sonra özünü Səbuhi Rəcəbin qardaşı kimi təqdim edən Murad adlı şəxslə "Port Baku" yaşayış kompleksində görüşüb. Şahin Əliyev Muradla birlikdə "Qəbələ" restoranına gedərək, Səbuhi Rəcəblə görüşüblər. Görüşdə Səbuhi Rəcəb özünü millət vəkili Adil Əliyevin qardaşı kimi də təqdim edib. Şahin Əliyev həmin görüş vaxtı Səbuhi Rəcəbə ilkin olaraq 100 min manat pul verib. Səbuh Rəcəb ona 5 günə Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun rektor müavini təyin olunacağını bildirib.

Növbəti gün Şahin Əliyev xalasının əri Cəfər Qasımovdan və bacısı Lalə Əliyevadan, hər birindən ayrı-ayrılıqda 75.000 manat olmaqla, ümumilikdə 150.000 manat borc pul alıb. Həmin pulu da Səbuhi Rəcəbə verib.

Beləlikdə də, 2018-ci sentyabr ayının axırları, oktyabr ayının əvvəllərinə qədər Səbuhi Rəcəb onun işinin uzandığını bildirib. O, ümumilikdə 250.000 manat pulu Səbuhi Rəcəbə verdikdən sonra mütəmadi olaraq "Votsap"la yazışıb, məsələnin nə yerdə olduğu soruşub.

Səbuh Rəcəb də hər dəfə bugün-sabah deyərək vaxtı uzadıb. 2018-ci ilin noyabr ayında ona Teymur adında bir nəfər şəxsin telefon nömrəsini verib. Teymurun onun işini düzəldən adamın bacısı oğlu olduğunu bildirib. Daha sonra Teymurla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının yanında görüşüb. Görüş zamanı Teymur onu nazirliyin inzibati binasının 11-ci mərtəbəsinə aparıb və orada nazirliyin Gülnara Zülfüqarova adlı əməkdaşı ilə tanış edib. Gülnarə Zülfüqarova ondan hansı vəzifəyə təyin olunmaq istədiyini soruşub və sonra CV-sini elektron poçtuna göndərməyini xahiş edib.

Həkim bundan sonra tamamilə əmin olub ki, Səbuh Rəcəb onu həqiqətən də aldadaraq, 250.000 manat pulunu ələ keçirib və pulu qaytarmamaq üçün müxtəlif bəhanələrlə vaxt udmağa çalışır.

Şahin Əliyev Novxanı kəndində yerləşən bağ evini sataraq borclu olduğu xalasının əri Cəfər Qasımova və bacısı Lalə Əliyevanın hər birinə ayrı-ayrılıqda 75 min manat olan borcunu qaytarıb.

Şahin Əliyev təqsirləndirilən şəxsin 210.000 manatını geri qaytarmadığı üçün ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edib.

4 sentyabr 2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Səbuhi Rəcəbə hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6341   Tarix: 07 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz

3 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr
.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

3 oktyabr