Füzuli sakini: "Doqquz nəvə və üç nəticəmlə geri qayıtmışam"
"Füzuli işğal olunanda, biz məcburi köçkün düşəndə 35 yaşım vardı, 4 uşaq anası idim, indi isə 65 yaşındayam, 9 nəvə, 3 nəticəmlə doğma yurdumuza geri qayıtmışıq".
Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında bu gün Füzuliyə köçürülən Gülbahar Nəsirova deyib.
"Doğma yurdumuzdan didərgin düşəndə övladlarım körpə idi. Onlara hər zaman yurd sevgisi aşılamışıq. Övladlarımın Füzuliyə sevgiləri heç vaxt bitməyib", - deyə o əlavə edib.
G.Nəsirova oğlanlarından birinin Füzuliyə ilk köçdə qayıtdığını söyləyib.
"Bu gün isə hamımız qayıtdıq. Hər birimiz bu günü səbirsizliklə gözləyirdik. Məcburi köçkün düşdükdən sonra çox əziyyətli günlərimiz olub. Füzulidən çıxandan sonra Merdinli kəndində məskunlaşdıq, bir il orda yaşadıqdan sonra isə Beyləqana köçdük. Orada da cəmi bir il qaldıq. Sonra bir aylıq Mingəçevirdə məskunlaşdıq. 1993-cu ilin avqust ayının 25-də isə Sumqayıt şəhərinə köçdük. Ağır günlər idi", - deyə Füzuli sakini bildirib.
G.Nəsirova Füzulidə onlara yaradılan şəraitdən və verilən evdən çox məmnun qaldıqlarını da vurğulayıb.
Qeyd edək ki, bu gün "Qobu Park-3" yaşayış kompleksində məskunlaşmış Füzuli şəhərindən olan keçmiş məcburi köçkünlərdən 25 ailənin 102 üzvü doğma yurda qayıdıb.
Füzuli şəhərində yeni mənzillərin açarları sakinlərə təqdim olunub və onlar yeni mənzillərində yerləşdiriliblər. Bununla da Füzuli şəhərində 95 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 914 Tarix: 07 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
4 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabrYeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz
3 oktyabrŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
4 oktyabrBu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrAzərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
3 oktyabr"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
3 oktyabr