"Ermənistanın təxribatlarını sinxron qaydada intensivləşdirməsi bir neçə amillə bağlıdır" - DEPUTAT
Sentyabrın 8-də saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
"Ermənistanın və paralel şəkildə separatçıların təxribatlarını sinxron qaydada intensivləşdirməsi bir neçə amillə bağlıdır. Birinci, devrilmək təhlükəsi ilə üz-üzə qalan Paşinyan hərbi əməliyyatlara Ermənistan daxilində vəhdətə nail olmaq imkanı kimi baxır. Lakin aydındır ki, müharibədə və sonrakı bütün revanş cəhdlərində məğlub olmuş və fərari, döyüş ruhu olmayan bir toplumda vəhdət məsələsi mümkün deyil. Xüsusən Rusiya və Qərb arasında uğursuz manevrlər fonunda erməni cəmiyyətinin siyasi baxımdan da parçalandığı bir şəraitdədir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, digər tərəfdən, Hindistandan verilənlər başda olmaqla, sürətlə silahlanan Ermənistan Fransa və bəzi Qərb ölkələrinin əsassız təşviqinin təsiri ilə davranmaqdadır.
"Paşinyan da, erməni cəmiyyəti də yaxşı başa düşür ki, mümkün hərbi əməliyyatlarda İrəvanın heç bir şansı yoxdur. Mümkün yeni cəhdinin isə artıq Ermənistan üçün yeni revanş cəhdi yox, intihar demək olduğunu anlasa da, təəssüf ki, haylar yenidən eyforiyaya qapılaraq Qərbin bəzi dairələrinə ümid bağlayır. Lakin möhtərəm Prezidentin Şuşadan bəyan etdiyi kimi, ermənilər anlamalıdır ki, heç kim gəlib Ermənistanın yerinə döyüşməyəcək. Belə olan halda erməni xalqı sağlam ruhla qərar verməli, miflərdən, psixi cəhətdən qeyri-sağlam düşüncə tərzindən imtina etməlidir. Əks halda bərpası mümkün olmayan itkilər və hətta məhv qaçılmazdır. Çünki Ermənistan rəhbərləri, istər Paşinyan, istərsə də onu əvəzləməyə çalışan Xocalı qatilləri Köçəryan və Sarkisyanı erməni xalqı yox, özünün hakimiyyəti maraqlandırır. Bizim isə dözümlə Ermənistanda baş verənləri izləməyə, təxribatların səbəblərini araşdırıb nəticələrini gözləməyə vaxtımız yoxdur. Regionda davamlı sülhə və sabitliyə təhdidə çevrilmiş Ermənistanın tam zərərsizləşdirilməsi artıq geosiyasi zərurətdir. Azərbaycan isə reallıq yaradan və qlobal situasiyanı doğru qiymətləndirən güc sahibi kimi beynəlxalq hüququn aliliyi çərçivəsində özünün maraqları və təhlükəsizliyini istənilən üsulla təmin etməkdə qərarlıdır".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1629 Tarix: 08 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
3 oktyabrBakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola
4 oktyabr"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
3 oktyabrToylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
4 oktyabrApteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
4 oktyabrBu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrKimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını
4 oktyabr