"TikTok"dan "makler" tapdılar, başlarına iş gəldi - Yenilənib
"İki həftə əvvəl "TikTok"dan tapdığımız "makler" nömrəsi ilə əlaqə saxlayaraq Qəbələdə ev kirayələdik. Lakin dələduzluqla üzləşdik".
Bu şikayətlə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib.
Vətəndaş iddia edir ki, özünü "makler" kimi tanıdan şəxs onları aldadıb: "Öncədən 300 manat pul ödədik. Guya bizim üçün endirim etmişdi. Qalan 300 manatı isə evə köçəndən sonra ödəyəcəkdik. 7 günlük qalacağımız evə avqustun 25-i köçəcəkdik. Lakin gedəcəyimiz gün bizə yazaraq dedi ki, iş alınmır. Ödənişi geri istəyəndə isə müxtəlif bəhanələr gətirdi. Əvvəlcə iki gün möhlət istədi, daha sonra isə ödəyə bilməyəcəyini dedi. Bir neçə gün sonra nömrəsinə zəng çatmadı. Sadəcə vatsapda aktiv idi. Zəng edirdik cavab vermirdi. Yalnız mesaj yazırdı. Hazırda isə nə zəng çatır, nə mesajlara cavab verir. "TikTok"dakı səhifəsini də bağlayıb".
Şikayətçinin sözlərinə görə, həmin şəxs başqa insanlara qarşı da dələduzluq edib: "Qəbələdə olarkən başqa bir "makler"lə danışaraq ev kirayələdik. Həmin "makler"dən bu şəxsi soruşanda onu tanımadığını bildirdi. Amma dedi ki, son bir neçə gün ərzində eyni hadisə ilə qarşılaşan və onlara müraciət edən şəxslər çox olub. Bəlkə də o olmayıb, lakin bu halla üzləşənlər çoxdur. Biz pulu çöldən tapmamışıq. Amma bir anın içində onu itirdik".
***
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı bildirib ki, sosial şəbəkələrdə dələduzluq hallarına qarşı mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır: "Vətəndaşlardan daxil olan və polis əməkdaşları tərəfindən aşkar olunan dələduzluq faktları araşdırılır. Vətəndaşların tanımadığı şəxslərə və etibar etmədiyi şirkətlərə onlayn qaydada ödəniş etməmələri tövsiyə olunur. Qeyd olunan məsələ ilə bağlı hazırda araşdırma aparılır".



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1478 Tarix: 07 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır. Məsələ ilə bağlı -a açıqlama verən sosioloq Elçin Bayraml
26 aprelBakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlı
26 aprelÇoxmərtəbəli binalarda kombi dövrü bitir? - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnı
26 aprelBu şəxslərə 2750 manat VERİLƏCƏK - SƏRƏNCAM
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununl
25 aprelSabah 24 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər mülayi
25 aprelBakıda fəhlə hündürlükdən yıxılaraq öldü
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. "Report" xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı
25 aprel