Artıq çəkinin psixoloji səbəbləri nədir?

Artıq çəkinin psixoloji səbəbləri nədir?Müasir dünyada tez-tez artıq çəki problemi ilə qarşılaşırıq. Artıq çəkinin olması və olmaması fərdi bir məsələdir. Bəzi insanlar 10-15 kiloqram artıq çəki ilə özünü normal hiss edə bilər, bəziləri isə əlavə bir kiloqramla belə özünü yaxşı hiss etmir. Artıq kilolar həqiqətən insan sağlamlığı üçün problem yarada bilər. Fiziki sağlamlığa təsirdən əlavə, piylənmə həm də mövcud olan psixoloji problemləri ağırlaşdıra bilər.
Bu barədə Sonxeber.az-a açlıqlamasında psixoloq Sevinc Həbibova danışıb.
Artıq çəkinin psixoloji səbəbləri nədir?Onun sözlərinə görə, əgər artıq çəki psixosomatikadan (psixoloji, emosional və sosial hadisələrin bədən xəstəlikləri ilə əlaqəsini öyrənən elm) qaynaqlanırsa və "zehni yaralar" heç vaxt müalicə olunmursa, bu, ciddi yemək pozğunluqlarına – anoreksiya və bulimiyaya səbəb ola bilər.
Bəs artıq çəkinin psixoloji səbəbləri nədir?
Sualı cavablandıran psixoloq bunun bir neçə əsas psixoloji səbəbinin olduğunu bildirib:

1. Yemək antidepressant olur. Çoxları üçün sevimli yemək əsəb gərginliyini aradan qaldırmağın ən əlverişli yoludur. Bu vəziyyətdə stresin çəkiyə təsiri göz qabağındadır. Lakin gərginliyi başqa yollarla idarə etməyi öyrənməlisiniz.
2. Özünü aşağı qiymətləndirmək. Çox vaxt uşaqlıqda özünə hörməti aşağı olan insanlar daha çox kilolu olur və ya yetkin yaşlarında piylənmədən əziyyət çəkirlər.
3. Məsuliyyət hissinin aşağı səviyyədə olması. Bütün dərdlərində başqalarını və ya xarici şərtləri günahlandıran bu kateqoriya insanlar da risk altındadır. Tədqiqatçıların müşahidələrinə görə, onların çəkisi tez-tez artır.
4. Müsbət emosiyaların çatışmazlığı. İnsan qida vasitəsilə mənfi emosiyalardan qurtulur. Nəticədə - əlavə çəki kifayət qədər tez yığılır.
5. Günahkarlıq hissi. Çox vaxt özünü nədəsə günahkar hiss edib, əzab çəkən insanlar şüuraltı olaraq artıq çəki qazanmaqla özlərini cəzalandırırlar. Lakin nəticədə, bu, onlara mənəvi rahatlıq vermir və sağlamlıq problemləri daha da artır.
6. Qoruma ehtiyacı. Bu, bəlkə də, insanların kökəlməsinin ən çox yayılan səbəbidir. Şüuraltı səviyyədə bir insan təhlükəsiz olduğuna inanmırsa, bir qayda olaraq yeməyə söykənməyə başlayır və sonradan qazanılmış kiloqramlar qoruyucu bir qabıq rolunu oynayır.
7. Özünə əhəmiyyət əlavə etmək ehtiyacı. Çox vaxt vəzifəyə keçəndən sonra bir çox insan "nüfuzlu şəxs" kimi görünməsi üçün kilo alır. Eyni şey övladları onlara itaət etməyən valideynlərlə də baş verə bilər: öz səlahiyyətlərini artırmaq üçün bilmədən kökələ bilərlər.
Belə hallarda artıq çəki və ya piylənmədən qurtulmaq yalnız psixoloqla işləmək sayəsində mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1558   Tarix: 08 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021