Ərdoğan G20-də Rusiyaya görə dünya liderlərinə XAHİŞ ETDİ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərini "taxıl müqaviləsi"ni bərpa etmək üçün Rusiyanın bəzi tələblərini yerinə yetirməyə çağırıb.
Bu barədə Bloomberg-in məlumatında bildirilib.
Ərdoğan bu çağırışı Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən "Böyük İyirmiliy"in (G20) "Bir dünya, bir ailə, bir gələcək" adlı sammitində səsləndirib.
Ərdoğanın sözügedən çağırışı liderlərlə qapalı görüşlərdə dilə gətirdiyi bildirilir.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələrinin liderlərini Ukrayna taxılının tədarükünə və dünya ərzaq qiymətlərini aşağı salmağa imkan verən sövdələşməni bərpa etmək üçün Rusiyanın bəzi tələblərini yerinə yetirməyə çağırır", - agentliyin açıqlamasında deyilir.
Adı açıqlanmayan türkiyəli rəsminin sözlərinə görə, Ərdoğan dünya liderlərindən "Rusiyanın ərzaq və gübrə ixracının Londondakı Lloyd's tərəfindən sığortalanmasına yardım göstərməyi" və Moskvanı SWIFT beynəlxalq ödəniş sisteminə qoşmağı xahiş edib.
Rusiya diplomatik xidmətinin avqustun 24-də verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə bildirib ki, Rusiya "taxıl müqaviləsi"nə yalnız Rusiya tərəfi qarşısında bütün öhdəliklər yerinə yetirildiyi təqdirdə qayıdacaq.
Taxıl sazişi iyulun 18-də dayandırlıb: Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni sazişin uzadılmayacağı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Moskva ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri öz vədlərini yerinə yetirmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələri, o cümlədən Afrika ölkələrini taxılla təmin etmək heç vaxt həyata keçirilməyib.
Modern.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2819 Tarix: 09 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
4 oktyabrRusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
4 oktyabr"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu
"Peacock" striminq platforması "Forsaj" kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, franşizanı
4 oktyabrQonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
4 oktyabr"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
4 oktyabrGöyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi
4 oktyabrTramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
4 oktyabrMoskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
4 oktyabr