Dünyanın gözü Yeni Dehlidə: Ziddiyyətlər fonunda Türkiyə "ulduz" olacaq

Dünyanın gözü Yeni Dehlidə: Ziddiyyətlər fonunda Türkiyə "ulduz" olacaqHəftəsonu, sentyabrın 9-10-da Hindistanın paytaxtı Yeni Dehlidə "G20"yə daxil olan ölkələrin sammiti keçiriləcək. Sammitin mühüm qərarların qəbulu və müzakirəsi ilə yadda qalacağı gözlənilirdi. Lakin əvvəlcə Rusiya, ardınca da Çin lideri sammitdə iştirak etməyəcəklərini bildiriblər.

Rusiya sammitdə xarici işlər naziri, Çin isə baş nazirlə təmsil olunacaq. Qərb mediasının yazdığına görə, bununla da sammitin əhəmiyyəti azalmış olub. Çin liderinin sammitdə iştirak etməməsindən ən çox ABŞ prezidenti Cozef Bayden narahat olub. O, Si Cinpinin sammitdə iştirak etməməsindən məyusluğunu bildirib. Bayden ümid edirdi ki, Çin liderinin də iştirak edəcəyi sammitdə Rusiya əleyhinə hansısa bir qərarın qəbuluna nail olacaq.

Çin üslubunda diplomatik gediş

Ekspertlər hesab edir ki, Çin lideri "G20" sammitinə getməkdən imtina etməklə Rusiya ilə əlaqələrin möhkəmliyini nümayiş etdirib. Qeyd olunur ki, bu cür jestlər tamamilə Çin üslubundadır. "Tayvanla bağlı ABŞ-lə mümkün uzunmüddətli münaqişə kontekstində yalnız Rusiya Pekinə nəinki etibarlı arxa cəbhə, həm də lazım gələrsə, hərbi dəstək verə bilər. Ona görə də bu cür jestlər tamamilə təbiidir", - deyə teleqram kanallarda vurğulanıb. Çin ötən həftə bəyan edib ki, Dehlidəki sammitə baş nazir Li Çyan gedəcək. O, Çində ikinci şəxs hesab edilir. Bundan əlavə, yayılan xəbərlərə görə, Yeni Dehlidə keçiriləcək sammitdə Hindistanın baş naziri Narendra Modi Çinlə gərginliyin artması səbəbindən ciddi diplomatik sınaqla üzləşə bilər. Bloomberg mənbələrə istinadən xəbər verir ki, "G20" ölkələri 1999-cu ildə bu formatda görüşlər başlayandan bəri ilk dəfə ev sahibi ölkə ilə dünyanın aparıcı güclərindən biri arasında ziddiyyətlər səbəbindən yekun sənədləri razılaşdıra bilməyəcəklər. Pekin artıq Ukraynadakı münaqişənin pislənməsi və inkişaf etməkdə olan bazarların borc öhdəlikləri ilə bağlı məsələni bloklayıb. Bundan başqa, agentliyin həmsöhbətlərindən biri deyib ki, Çin hakimiyyəti Modinin təklif etdiyi konfransın mövzusunun induizmlə əlaqəli qədim dil olan sanskrit dilində yazılmasına qarşı xüsusilə "döyüşkən" mövqedədir.

Çinlə ABŞ münasibətləri normallaşdıra bilmir

Çinin sammitdə iştirak etməməsi ABŞ-lə yaşanan gərginliklə də bağlı ola bilər. Vaşinqtondan olan çoxsaylı diplomatlar Pekinə səfər edərək ABŞ-Çin gərginliyini səngitməyə çalışsa da, buna nail ola bilməyiblər. İki ölkə arasında gərginlik bir çox məsələ ətrafında yaşanır - ticarət mübahisələrindən tutmuş, Tayvanın gələcəyi, Çinin Cənubi Çin dənizində ekspansiya siyasətinə qədər. Ümumiyyətlə, Çin ekspertləri "G20"nin Pekinə gərəkliliyi barədə müxtəlif fikirlər səsləndirirlər.

"Atlantic Counsil" analitik mərkəzindən olan Coş Kipski hesab edir ki, Çin liderinin tədbirdə iştirak etməməsi "G20"nin uzunmüddətliliyini və davamlılığını şübhə altına almış olur. Əgər əvvəllər Çin bu birliyi özünün geosiyasi təsir vasitəsi kimi nəzərdən keçirirdisə, indi belə deyil. Paralel olaraq Çinin ABŞ, Yaponiya, Cənubi Koreya, Almaniya və digər Avropa nəhəngləri ilə münasibətləri korlanmağa başlayıb. "Carnegie China" analitik mərkəzindən olan Pol Xanle də bu qənaətdədir. Çin bunun əvəzində BRİKS adlanan təşkilatda mövqeyini gücləndirib. Təşkilata Braziliya, Çin, Hindistan, Rusiya, CAR daxildir. Son sammitdə üzvlərin sayı 5-dən 11-ə qaldırılıb. Yanvar ayında ora Argentina, Misir, İran, Efiopiya, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olacaq.

Sammit ərəfəsində Hindistan-Çin gərginliyi

Çinin həm də ABŞ-lə sıx əməkdaşlıq edən, lakin "strateji muxtariyyət"də israrlı olan Hindistanla çox çətin münasibətləri var. İki ölkə lideri Cənubi Afrikada keçirilən BRİKS sammitində görüşüb, lakin gərginlik yenə də davam edib.

Qərb ölkələrində bəzi analitiklər hesab edirlər ki, Çin liderinin "G20" sammitində iştirakdan imtina etməsi Pekinin klubun nüfuzunu aşağı salmaq üçün planlaşdırılmış cəhdidir. Bəzi hindli müşahidəçilər əmindirlər ki, Çin mübahisəli sərhədlə bağlı tərəflər arasında gərginliyin artdığı bir vaxtda Dehlidəki hadisəni korlamaq istəyir. "BRİKS ölkələrini birləşdirən yeganə şey dollara və ABŞ rəhbərliyinə qarşı hedcinq etmək istəyidir". Çinli müşahidəçilər BRİKS ilə yanaşı, Çin üçün "G20" ilə müqayisədə daha əlverişli olan digər platformanın Rusiya və Mərkəzi Asiya ölkələrinin də daxil olduğu Şanxay Əməkdaşlıq Təşkilatı olacağını irəli sürüblər.

Türkiyə "G20" sammitində "ulduz"a çevriləcək

"G20" sammiti çərçivəsində Ukrayna üzrə yeni sülh danışıqları keçirilə biləcəyi də istisna edilmir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell "G20" ölkələrinə ünvanlandığı məktubunda Rusiyanı danışıqlara qayıtmağa, həmçinin Ukraynanın kənd təsərrüfatı infrastrukturuna zərbələrdən çəkinməyə çağırmaq üçün dəstək vermələrini xahiş edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə Rusiya Prezidenti Vladimir Putinin Ukraynada münaqişənin başa çatması ilə bağlı şərtlərini açıqlaya bilər. Türkiyə Prezidenti G20 sammitindən əvvəl Rusiya lideri ilə görüşən yeganə liderdir. Bu da Türkiyəni Hindistanda keçiriləcək sammitdə "ulduz"a çevirəcək. ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1105   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var

Kanadanın Toronto şəhərində naməlum silahlı şəxs atəş açaraq iki nəfəri öldürüb, daha beş nəfəri yaralayıb. "Report"un məlumatına görə, bu barədə Toronto polisi "X" sosial şəbəkəsində bildirib. "Beş nəfər güllə yarası ilə aşkarlanıb, iki nəfər hadisə yerində ölüb", - paylaşımd

12 iyul
.

Pentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı arxiv materiallarının dördüncü paketini dərc edib. "Report" xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib. Bildirilib ki, əvvəllər məxfi saxlanılan materialların ictimaiyyətə açıqlanması layihəsind

12 iyul
.

Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər

Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini

12 iyul
.

Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı

Türkiyənin Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatları həyata keçirən 100-ə yaxın mama-ginekoloqu cərimələyib və onları müvəqqəti olaraq tibbi fəaliyyətdən kənarlaşdırıb. xəbər verir ki, bu barədə iyulun 11-də "BirGün" qəzeti məlumat yayıb. İntizam tədbirləri səhiyyə sahəsində həyata keçirilə

12 iyul
.

Kral ailəsi qələbəyə belə sevindi - Video

İspaniya millisinin 2026-cı il dünya çempionatının finalına yüksəlməsi ölkədə böyük sevinc yaradıb. "Qafqazinfo" xəbər verir ki, kral ailəsinin də İspaniyanın DÇ-nin finalına vəsiqə qazanmasını sevinclə qarşıladığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Kral V

15 iyul
.

Trampa qarşı sui-qəsd cəhdi olsa, İrana "minlərlə raket zərbəsi" endirilə bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran tərəfindən ona qarşı sui-qəsd cəhdi olsa, ABŞ İrana "minlərlə raket zərbəsi" endirəcək. "Report" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb. "Min raket istifadəyə hazırdır v

11 iyul
.

"Çelsi"nin keçmiş sahibi vəfat etdi

İngiltərənin "Çelsi" futbol klubunun sabiq sahibi Ken Beyts 94 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Onun ölümünün səbəbi barədə məlumat verilmir. "Ken Beytsin vəfat etməsini dərin kədər hissi ilə bildiririk. Klub onun həyat yoldaşına

12 iyul
.

"Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb

"Patriot" kompleksləri üçün raketlər, çox güman ki, Ukraynada deyil, Almaniyada istehsal olunacaq. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi yazıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, ələkeçirici raketlər, Almaniyada və ya başqa bir Avrop

12 iyul
.

Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb

Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omandan 16 km şərqd

12 iyul