Fransanın Mozel departamentinin baş ravvini Ermənistan liderinin sözlərindən şoka düşüb
Fransanın şimal-şərqindəki Mozel departamentinin və Mets şəhərinin baş ravvini Bruno Fişzon Holokost mövzusundan istifadə edən Ermənistan siyasi liderinin sözlərindən şoka düşüb.
Bu barədə Bolqarıstanın "Sofia Globe" nəşrində dərc edilən məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, avqustun 27-dən sentyabrın 7-dək Amerika və Avropanın 86 aparıcı ravvini Bakı ravvini Zamir İsayevin çağırışına cavab verib və Azərbaycanın iblisləşdirilməsinə və onun düşmənlərinin Holokost mövzusundan istifadə etməsinə qarşı çıxış ediblər.
Onlar erməni təbliğatının hər hansı siyasi məqsədlərə nail olmaq naminə Holokost mövzusundan istifadəsinə dərhal və tam son qoymasını tələb ediblər.
Yəhudi din xadimləri, həmçinin Ermənistanın İranla əməkdaşlığı ilə bağlı da məyusluqlarını bildiriblər:
"Ermənistan hökumətinin daim açıq şəkildə İsrailin məhv edilməsinə çağırış edən İran İslam Respublikasının hökuməti ilə əməkdaşlığından dərin məyusluğumuzu bildirmək istərdik".
Zamir İsayevin özü isə qeyd edib ki, ABŞ və Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlamaq üçün səylər göstərirlər və "soyqırımı" məsələsini gündəmə gətirməklə Azərbaycana psixoloji təzyiq göstərmək yalnız danışıqlar prosesinə zərər verə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 620 Tarix: 09 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
4 oktyabrAlmaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"
4 oktyabrTrampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib. Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrini
4 oktyabrTokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla
3 oktyabrQonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
4 oktyabrKonqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd
4 oktyabrMəşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu
Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a
3 oktyabrRusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb
Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar
4 oktyabr