Avropa İttifaqının ikili standartı: "Seçki"ni tanımırlar, amma separatçıları da tək qoymurlar

Avropa İttifaqının ikili standartı: "Seçki"ni tanımırlar, amma separatçıları da tək qoymurlarAzərbaycanın ərazi bütövlüyü və suverenliyinə münasibətdə ayrı-ayrı qərb institutları, bəzi ölkələr və beynəlxalq qurumlar ikili standartlardan çıxış etməkdədirlər. Qarabağda cəmləşən bir qrup separatçının əsassız iddialarına açıq və gizli şəkildə verilən dəstək buna əyani misaldır. Xüsusən də bu gün Xankəndindəki qondarma rejimin keçirdiyi "seçki" fonunda bu qərəzli münasibət, ikili yanaşma özünü daha qabarıq şəkildə göstərir.

Təsəvvür edin, Qərb ölkələri və institutları Gürcüstanın, Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək verirlər. Gürcüstanın işğal olunmuş ərazisində yaradılmış Abxaziya və Osetiya "respublikalarını" birmənalı olaraq tanımır, buradakı separatizmi qətiyyətlə pisləyirlər. Eyni qaydada Ukraynanın işğal olunmuş ərazilərində yaradılan Luqansk və Donetsk "respublikaları" Qərb dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmır. Krım yarımadasının da Rusiyanın deyil, Ukraynanın ərazisi olduğuna dair davamlı bəyanatlar verilir. Eyni zamanda həm Gürcüstandakı, həm də Ukraynadakı separatçıların xarici ölkələrə, xüsusən də Qərb dövlətlərinə səfərləri birmənalı şəkildə yasaqlanır, onlara qarşı sərt sanksiyalar tətbiq edilir.

Amma nədənsə bu cür birmənalı mövqe Azərbaycana, onun ərazi bütövlüyünə münasibətdə özünü göstərmir. Düzdür, sözdə ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunur, amma Qarabağdakı separatçıların himayədarlığı da heç vaxt yaddan çıxarılmır. Xankəndidəki cinayətkarların səsləri ABŞ-dən, Fransadan, Avropa İttifaqının üzvü olan digər ölkələrdən gəlir, hətta Qarabağdakı qeyri-qanuni qruplaşmanın mövcud olması üçün ianələr toplanılır. Bir sözlə, dovşana qaç, tazıya tut deyilir.

Bu gün Qarabağdakı separatçıların "seçkisinə" münasibətdə bu yanaşma özünü bir daha göstərib. Azərbaycana dost-qardaş ölkələr, beynəlxalq hüququn prinsiplərini əsas götürən dövlətlər birmənalı olaraq bu "seçkini" qınayıb, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə dəstək ifadə ediblər. Avropa İttifaqı isə bəyanat yayaraq, 9 sentyabr 2023-cü il tarixdə Xankəndidə keçirilən qondarma "prezident seçkisi"nin konstitusiya və hüquqi çərçivəni tanımadığını bəyan etsə də separatçılara dəstəyindən geri qalmayıb.

Avropa İttifaqı hesab edib ki, Qarabağ erməniləri Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan "lider"in ətrafında cəmləşsinlər. Avropa İttifaqı bu prosesi dəstəkləməyə sadiq olduğunu xüsusi vurğulayıb. Bu rüsvayçı yanaşma ilə Avropa İttifaqı Qarabağda çoxsaylı hərbi cinayətlər törədən, atdığı addımlarla Azərbaycanın ərazi bütövlüyünə qəsd edən qondarma rejimi himayə edib. Maraqlıdır, nəyə görə Ukraynanın, Gürcüstanın ərazilərində yaradılan oyuncaq qurumların "liderlərinə" belə mərhəmət göstərilmədiyi halda, Qarabağdakı separatçılara bu cür dəstək verilir? Bunun adı qərəzli yanaşma, ikili standartlar, qeyri-obyektivlik, həmçinin beynəlxalq hüququ ayaqlar altına atmaq deyil, bəs nədir?

Oxu.Az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 807   Tarix: 10 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir

4 oktyabr
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

4 oktyabr
.

"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu

"Peacock" striminq platforması "Forsaj" kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, franşizanı

4 oktyabr
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

4 oktyabr
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

4 oktyabr
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

3 oktyabr
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

4 oktyabr
.

Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop

4 oktyabr
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

4 oktyabr