Polis yoqa ilə məşğul olan qrupu qətliam qurbanları ilə səhv saldı
İngiltərədə adi yoqa dərsi polis tərəfindən dayandırılıb. Yerdə yatan tələbələri qətliam qurbanları ilə səhv saldıqları üçün onları hadisə yerinə çağırıblar.
Linkolnşirin Sent-Leonard şəhərciyində baş verən maraqlı hadisə barədə "Seascape" kafesinin sahibləri öz Facebook qruplarında məlumat veriblər.
"Əgər kimsə dünən saat 21:30-da (Bakı vaxtı ilə 00:30-da - red.) polis sirenlərinin səsini eşidibsə, narahat olmamağınızı xahiş edirik. Kimsə binamızda bir neçə nəfərin yerdə uzandığını görüb qətliam barədə məlumat verdikdən sonra polislər rəsədxanaya gediblər. Əslində isə orada yoqa qrupunun meditasiya etdiyi məlum olub", - deyə kafenin açıqlamasında bildirilir.
Kafe Şimal dənizinin sahilində rəsədxananın binasında yerləşir. Müəssisənin sosial şəbəkə hesabında burada tez-tez sərgilərin, həmçinin axşamlar yoqa dərslərinin keçirildiyi deyilir. Onun sahibləri ziyarətçilərdən bu barədə unutmamağı və dərslərdə iştirak edənləri "bir növ dəli kult və ya dəlilər klubu" hesab etməməyi xahiş edirlər.
Yoqa təlimçisi Milli Lous "Seascape Café"də yeddi tələbəyə dərs keçdiyini deyib. Onun sözlərinə görə, dərs başa çatmaq üzrə idi, və o, otaqda şam yandırıb, tələbələrdən "savaşana" və ya "cəsəd pozası" almağı xahiş edib, özü də ənənəvi qaydada dəfə vurmağa başlayıb. Bu zaman o, yanında itləri olan iki nəfərin kafenin pəncərələrindən içəri baxdığını görsə də, buna əhəmiyyət verməyib.
"Yalnız biz gedəndən sonra bildim ki, bu adamlar zəng edərək qətliam barədə məlumat veriblər. Guya əynində plaş olan bir nəfər gəzərək mənim tələbələrimin üzərindən addımlayır, sanki bu bir növ ritualdır və yerdəki insanlar əslində ölüblər", - deyə Lous bildirib.
Linkolnşir polisinin nümayəndəsi bildirib ki, onlar polisləri yaxşılıq etmək niyyəti ilə çağırıblar.
"Rəsədxananın ziyarətçilərinin səhhəti ilə bağlı narahatlığa görə bizə zəng gəldi. Zənglə əlaqədar olaraq hadisə yerinə polis zabitləri gəlib və biz məmnuniyyətlə bildiririk ki, hər kəs sağ-salamat olub", - deyə polis əməkdaşı bildirib.
"Axşam orada bizi görən hər kəsə həqiqətən çox acıyıram, hər halda onlar dəhşət içində olublar. Buna görə də mən onları başa düşürəm", - deyə Lous bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1094 Tarix: 10 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu
Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a
3 oktyabr"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind
3 oktyabrMinsk Lukaşenko ilə Tramp arasında görüş təşkil etməyə çalışır
Belarus xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının iclası çərçivəsində RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, Minsk Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında görüş ehtimalını nəzərdən keçirir və onun təşkili üçün addımlar atır. xəbə
3 oktyabrMoldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
3 oktyabrTramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
4 oktyabrAlmaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"
4 oktyabrTokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla
3 oktyabr