Bakıda su xətti partlayıb: Bir aydır içməli su küçəyə axır - VİDEO
Bakının Xətai rayonu, Zeytun küçəsində içməli su xətti partlayıb.
Bu ünvanda yaşayan sakinlər iddia edirlər ki, bir aya yaxındır, içməli su küçəyə axır, israfçılığa yol verilir.
Küçəyə axan su Zeytun küçəsinin sakinlərinə də böyük problem yaradır. Belə ki, suyun küçəyə axması nəticəsində ətrafdakı mənzillərə normal təzyiqlə su gəlmir. Bununla yanaşı, içməli suyun küçəyə axması nəticəsində torpaq yolda gölməçələr, palçıq əmələ gəlir. Bu da həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.
Sakinlər iddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi yoxdur.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən isə "Xəzər Xəbər"ə bildirilib ki, həmin əraziyə briqada göndərilib və problem tezliklə həll olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 946 Tarix: 11 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
3 oktyabrAzərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v
3 oktyabr"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
3 oktyabrVasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabr