Bütün bədəni yanan 11 yaşlı Sabirin dəstəyə ehtiyacı var: Müalicə üçün pulları yoxdur - FOTO/VİDEO
11 yaşlı Sabir Mustafayevin sizin yardımınıza ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Leyla Mustafayeva məlumat verib.
O bildirib ki, oğlu Sabir dekabrın 26-da evdə sobanı yandırmaq istəyərkən yanıb.
"Sabirin 11 yaşı var. Evdə sobaya neft töküb yandırmaq istəyərkən özü yanıb. Bədənində üzü və bir qolu çıxmaqla, demək olar ki, hər yeri yanıb. Dekabrın 26-da Lənkəranda xəstəxanaların birinə yerləşdirsək də, vəziyyəti ağırlaşdığı üçün onu Bakıya gətirməyə məcbur olduq. Sabir bir neçə dəfə fərqli nahiyələrindən dəriköçürmə əməliyyatı keçirib. Hazırda Sabirin müalicəyə ehtiyacı var. Ağrıları çoxdur, dərmanlarını almağa imkanım yoxdur. İnanın yemək almaqda belə çətinlik çəkirəm".
Leyla Mustafayeva qeyd edib ki, üç övladına özü tək baxır.
"Yoldaşım bir il əvvəl həbs edilmişdi. Həbs edilməzdən əvvəl evdə olan bütün əşyaları satmışdı. Bir neçə ay öncə də həbsdə vəfat etdi. Övladımı müalicə etdirə bilmək üçün satmağa da heç nəyim qalmayıb. Mən özüm evlərə təmizliyə gedirəm, amma həm qida, həm Sabirin müalicəsini çatdıra bilmirəm. Sabirin əməliyyatdan sonra reabilitasiya prosesi və dərmanları üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim övladıma yenidən kömək etmələrini, onu yarıyolda buraxmamalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 316-71-93





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1257 Tarix: 11 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
3 oktyabrAzərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v
3 oktyabr"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
3 oktyabrVasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabr